Sionist rejimin beynəlxalq təşkilatlara üzvlük səlahiyyəti yoxdur
Beynəlxalq humanitar orqanlara dəyər verməyən bir rejimin heç bir beynəlxalq mexanizmə və insan hüquqları təşkilatına üzvlük və onlarda qalmaq səlahiyyəti yoxdur. Bu sözləri İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb.
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi “X” sosial şəbəkəsində yazıb: BMT-nin tabeliyində olan UNRWA agentliyi bildiribdir ki, Qəzzəyə qarşı müharibə başlanandan bəri sionist rejimin hücumlarında agentliyin işçilərindən azı yüz altmış beş nəfər öldürülüb. İndiyədək UNRWA-ya aid olan yüz əllidən çox mərkəz, o sıradan məktəblər bombalanıbdır ki, onların bəziləri tam şəkildə dağıdılıbdır. Dörd yüzdən çox fələstinli Qəzzədə BMT-nin tabeliyində olan mərkəzlərdə, həmçinin təhlükəsiz məkanlar axtararkən öldürülübdür.
İran Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: Beynəlxalq humanitar orqanlara, onların tapşırıq və xidmətlərinə, hətta bu orqanların işçilərinin həyatlarına dəyər verməyən və son beş ay ərzində təqribən doqquz min fələstinli qadını və on iki min beş yüz fələstinli uşağı öldürən bir rejimin qadınlar və uşaqların hüquqları ilə bağlı olan heç bir beynəlxalq mexanizmə və insan hüquqları təşkilatına üzvlük və onlarda qalmaq səlahiyyəti yoxdur.