Apr 01, 2024 13:39 Asia/Baku
  • İran və Misir xarici işlər nazirləri fələstinlilərin icbari köçürülmələrinə qarşı çıxıblar

İran və Misir xarici işlər nazirləri Hüseyn Əmir-Abdullahiyan və Samih Şukri arasında telefon danışığı baş tutub,/ ikitərəfli əlaqələr, regional məsələlər və Fələstin məsələsi barədə söhbət edilib.

Telefon danışığında İran İslam Respublikası və Misir  Ərəb Respublikasının xarici işlər nazirləri ikitərəfli münasibətlərdə son aylar edilən müsbət hərəkətləri araşdırıblar. Tərəflər/ iki nazirin Cenevrədə keçirilən son mühüm görüşünün nəticələrinə əsasən, sözügedən ölkələrin siyasi liderlərinin iradələrinə söykənən əlaqələrin inkişaf yolları haqda məşvərət ediblər.

Bu çərçivədə, həmçinin İran və Misir prezidentlərinin Ərriyadda baş tutan mühüm görüşünün ardınca/ tərəflər/ Tehran-Qahirə əlaqələrinin inkişafı və yüksəlişi istiqamətində təmaslar və görüşlərin davam etdirilməsi barədə razılığa gəliblər.

Hüseyn Əmir-Abdullahiyan və Samih Şukri habelə sionist rejimin Qəzzə zolağına qarşı vəhşicəsinə hücumları ilə əlaqədar hadisələrin son vəziyyətini araşdırıblar. Onlar fələstinli mülkilərin, o sıradan qadınlar və uşaqların qırğın olunmalarının davam etməsindən son dərəcə nigarançılıq ifadə ediblər. Tərəflər Qəzzə zolağındakı ağır insani durumun, habelə İsrail rejiminin Qəzzəyə qarşı dəlisayağı hücumlarının dərhal durdurulması üçün siyasi-diplomatik səylər və fəaliyyətlərin davam etdirilməsinə təkid ediblər. Onlar həmçinin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi son qətnamənin icra olunması və Qəzzə bölgəsinin bütün sakinlərinə beynəlxalq humanitar yardımların geniş miqyasda göndərilməsi zərurətini vurğulayıblar.

Sionistlərin/ Fələstin xalqının Qəzzə zolağından icbari şəkildə köçürülməsi üzrə hər hansı planına qarşı çıxan İran və Misir xarici işlər nazirləri Qüdsü işğal etmiş rejimin Qəzzənin cənubundakı hücumlarının qarşısını almaq üçün beynəlxalq orqanların təsirli tədbirlər görmələri zərurətini diqqət mərkəzinə alıblar.

Müqavimətin Fələstindəki mühüm rolunu vurğulayan Əmir-Abdullahiyan Həmas-ın siyasi bürosunun sədri İsmayıl Həniyyə və Fələstin İslami Cihad hərəkatının baş katibi Ziyad Ənnəxalənin Tehrana olan rəsmi görüşlərini əhəmiyyətli adlandırıb.

 

 

Teqlər