“Qəzzə müharibəsinin bitməsi ilə Netanyahu hökuməti süqut edəcək”
https://azeri.sahartv.ir/news/İran-i410190-qəzzə_müharibəsinin_bitməsi_ilə_netanyahu_hökuməti_süqut_edəcək
İran İslam Respublikası Ordusunun baş komandanı bəyan edib ki, Qəzzədəki müharibə Netanyahunun ömür şüşəsidir və müharibənin dayanması ilə onun hökuməti süqut edəcək.
(last modified 2024-04-09T06:52:17+00:00 )
Apr 09, 2024 10:51 Asia/Baku
  • “Qəzzə müharibəsinin bitməsi ilə Netanyahu hökuməti süqut edəcək”

İran İslam Respublikası Ordusunun baş komandanı bəyan edib ki, Qəzzədəki müharibə Netanyahunun ömür şüşəsidir və müharibənin dayanması ilə onun hökuməti süqut edəcək.

General-leytenant Seyid Əbdülrəhim Musəvi bazar ertəsi 8 apreldə Ordu Komandanlığı və Qərargah Universitetində keçirilən şəhid general-leytenant Əli Səyyad Şirazinin hərbi müdafiə ideyalarına həsr olunmuş elmi konfrans çərçivəsində sionist rejimin Qəzzənin bəzi bölgələrindən geri çəkilməsinə münasibət bildirib.

O deyib: “Sionistlərin Qəzzənin bəzi bölgələrindən geri çəkilməsi onların taktikalarından biridir, belə ki, indi bombardmana başlayıblar”.