İran prezidenti Fitr bayramı münasibəti ilə müsəlmanları təbrik edib
İran İslam Respublikası prezidenti bir müraciətdə Fitr bayramı münasibətilə İslam ölkələrinin liderlərini və xalqını təbrik edərək, vurğulayıb: "İslam ölkələrinin təcili tədbirlər görərək, Qəzzədə törədilən soyqırımı və hərbi hücumları dayandırmaq üçün, humanitar və dini vəzifəsi var".
Bu gün 1445-ci hicri qəməri ili şəvval ayının biri İranda və İslam ölkələrində mübarək Fitr bayramıdır.
İran İslam Respublikası prezidenti Seyid İbrahim bir müraciətdə İslam ölkələrinin rəhbərlərini və xalqını Fitr bayramı münasibətilə təbrik edərəd, deyib: "Mübarək Fitr bayramı itaət və bəndəliyin və insan ruhunun ucaldılmasının təzahürü, oruc tutanların və saleh bəndə olmağa çalışanların mükafatlandırılmasının vaxtıdır. Hansı ki, müqəddəs ayda edilən dua və ibadətlər vasitəsilə və nəfslərini yetişdirmək və gözəlləşdirməklə vücudlarını bütün çirkablardan təmizləmişlər və kamilliyə və Allaha yaxınlığa doğru addımlar atmışlar.
Rəisi bu təbrik müraciətində bu mübarək gündə bütün dünya müsəlmanları, xüsusilə Qəzzə və Fələstinin məzlum xalqları üçün qələbə və açılış diləyərək, qeyd edib ki, bu gün Fələstin müqavimətinə, xüsusilə də Qəzzədə işğal və cinayətə qarşı ön cəbhədə olan qardaş və bacıları dəstəkləmək təkcə müsəlmanlar üçün dini bir vəzifə deyil, həm də insanlıq üçün insani, əxlaqi və vicdani bir vəzifədir.
Ötən cümə günü fələstinlilərə dəstək məqsədilə keçirilən möhtəşəm Ümumdünya Qüds Günü yürüşünə diqqət çəkən Rəisi, bunu Fələstinin məzlum xalqına hərtərəfli dəstəyin əlaməti adlandırıb və belə tədbirlərdən işğalçı sionist rejim tərəfindən Qəzzənin bombardman edilməsi və mühasirəsinə son qoymaq və ardınca Qəzzəyə humanitar yardımların çatdırılması üçün yararlanmanın zəruri olduğunu vurğulayıb.
Prezident Rəisi üçidvarlıq edib ki, mübarək Ramazan ayının nur və fəzilətlərinin bərəkəti ilə məzlüm Fələstin xalqını müdafiə etmək üçün bütün mövcud və mümkün imkanların işə salınmasının və sionistlərin cinayətlərinin qarşısını almaq və Fələstin xalqının əzablarını azaltmaq üçün təsirli və əməli addımlar atılacağının şahidi olacağıq.
Rəisi, həmçinin Qəzzədə aclıq, qıtlıq və humanitar fəlakət böhranlarının həll edilməsi üçün İran İslam Respublikasının İslam ölkələri və xalqlarının təşəbbüsləri çərçivəsində hər cür əməkdaşlığa hazır olduğunu bir daha bəyan edib.