Apr 29, 2024 13:52 Asia/Baku
  • İranın islami mədəniyyət və irşad naziri bu həftə Bakıya səfər edəcək

İranın islami mədəniyyət və irşad naziri deyibdir ki, bu həftə qonşu ölkələrlə mədəniyyət diplomatiyasını genişləndirmək və bir beynəlxalq-regional iclasda iştirak məqsədilə Azərbaycan Respublikasına səfər edəcək.

Məhəmməd-Mehdi İsmaili əlavə edib: Azərbaycan Respublikasına səfərdə bu ölkə rəsmilərilə görüşlər keçirməkdən əlavə, qarşılıqlı mədəniyyət həmkarlıqları və anlaşmaları səviyyəsini yüksəltməyə, həmçinin bu beynəlxalq iclasdan İran İslam Respublikasının və İslam İnqilabının mesajını, habelə inqilabın yüksək mədəni baxışını çatdırmaq üçün istifadə etməyə çalışacağıq.

İranın islami mədəniyyət və irşad naziri sonra söyləyib: Bu səfərdə sözügedən iclasda iştirak edəcək ölkələrin başçıları ilə görüşəcək, həmçinin Azərbaycan Respublikası və region ölkələrilə əlaqələrin yüksəldilməsi və mədəniyyət diplomatiyası istiqamətində ikitərəfli mədəniyyət dialoqları aparmağa səy göstərəcəyik. Biz bu fürsətdən birgə regional və regionaşırı anlaşmalar və mədəniyyət sahəsinin yüksəlişi üçün istifadə edəcəyik.

 

 

Teqlər