May 04, 2024 19:01 Asia/Baku
  • Əmir Abdullahian misirli həmkarı ilə görüşüb

İran xarici işlər naziri Əmir-Abdullahian İslam Əməkdaşlıq Təşkilatının Qambiyada keçirilən 15-ci Zirvə toplantısı çərçivəsində Misirin xarici işlər naziri ilə görüşüb.

İslam Əməkdaşlıq Təşkilatının 4-5 may tarixində keçiriləcək “Dayanıqlı inkişaf üzrə dialoq vasitəsilə birlik və həmrəyliyin gücləndirilməsi” sammitində İslam dünyasının müxtəlif mövzuları və təşkilata üzv olan ölkələrin çağırışları, xüsusilə Fələstin məsələsi və Qəzzədəki mövcud vəziyyət müzakirə ediləcəkdir.

Bu görüşdə, Fələstin qətnamə layihəsi, Bancul bəyanatının layihəsi və sammit iclasının yekun sənədinin layihəsi də daxil olmaqla üç sənəd Xarici İşlər Nazirləri Şurasının iclasının sonunda təqdim ediləcəkdir.

İran XİN başçısı Əmir Abdullahiyan sammitdəki çıxışında İslam dünyasında, regional və beynəlxalq hadisələrlə bağlı İran İslam Respublikasının mövqelərini bəyan edəcəkdir.

Bundan əlavə Nazir Əmir Abdullahianın bir sıra yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulur.

 

 

 

Teqlər