İran və Azərbaycan Respublikası prezidentlərinin iştirakı ilə «Qız Qalası» su bəndi istifadəyə veriləcək
https://azeri.sahartv.ir/news/İran-i411261-İran_və_azərbaycan_respublikası_prezidentlərinin_iştirakı_ilə_qız_qalası_su_bəndi_istifadəyə_veriləcək
İran və Azərbaycan Respublikası arasında imzalanmış protokollar əsasında sərhəd Araz çayı üzərində «Qız Qalası» su bəndi inşa edilib. Layihədə məqsəd, çayın suyu və enerjisindən birgə istifadədir.
(last modified 2024-05-18T12:44:37+00:00 )
May 18, 2024 16:43 Asia/Baku
  • İran və Azərbaycan Respublikası prezidentlərinin iştirakı ilə «Qız Qalası» su bəndi istifadəyə veriləcək

İran və Azərbaycan Respublikası arasında imzalanmış protokollar əsasında sərhəd Araz çayı üzərində «Qız Qalası» su bəndi inşa edilib. Layihədə məqsəd, çayın suyu və enerjisindən birgə istifadədir.

İranın Şərqi Azərbaycan valisi «Qız Qalası» su bəndi layihəsinin icrasını ölkəmizin podratçıları və mühəndislərinin iri texniki-mühəndislik layihələrinin icrası sahəsindəki ixtisas və bacarıqlarının simvolu adlandırıb. Sözügedən layihə sabah İran və Azərbaycan Respublikası prezidentlərinin iştirakı ilə istifadəyə veriləcək.