İyul 15, 2024 14:18 Asia/Baku
  • İran Qərbi qınadı

Kənani: Qəzzəyə qarşı müharibədə ən çox uduzan qərblilərdir

İran Xarici İşlər Nazirliyinin sözçüsü Qərb ölkələrinin Fələstin məsələsində hərəkətsizliyinə görə öz iradını bildirib.

Təsnim xəbər agentliyinin məlumatına görə, Nasir Kənani X hesabında yazıb ki, ABŞ və sionist rejimi dəstəkləyən bəzi Avropa hökumətləri Qəzzəyə qarşı müharibədə ən çox uduzan tərəflərdir.

Kənani sionist rejimin Qəzzə zolağında bir məktəbə hücumuna cavab olaraq vurğulayıb ki, qeyri-legitim rejimdən beynəlxalq qaydalara əsaslanan humanitar davranış gözlənilmir, çünki onun təməli cinayət üzərində qurulub. Uşaq öldürən sionist rejimin Qəzzə zolağında UNRWA-nın dəstəklədiyi məktəbə hücumu bir daha iddiaçı Qərbin qaranlıq və gizli tərəfini dünyaya göstərdi.

Kənani həmçinin yazıb: “İşğal, qırğın, sui-qəsd, qadın və uşaqların öldürülməsi, fələstinli sakinlərin evlərinin dağıdılması ilə öz biabırçı həyatına başlayan qeyri-qanuni rejimdən beynəlxalq qaydalara əsaslanan humanitar davranış gözləmək əlbəttə ki absurddur.

Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb: “Təəssüf doğuran reallıq odur ki, hələ də ictimai rəyi aldatmaqla, söz və ifadələrlə oynamaqla məşğul olan Qərb və Avropa hökumətləri bu qədər cinayət və vəhşilik ortada ola-ola susqunluğa üstünlük verirlər.

Qeyd edək ki, qaniçən rejim Qəzzədə daha bir m

Ktəbi bombalayıb. Uşaqların cəsədləri Əl-Nuseyrat qaçqın düşərgəsindəki UNRWA məktəbinə səpələnmiş vəziyyətdədir.

Avropa İttifaqı ölkələrindən heç biri, ABŞ və ya onların müttəfiqləri İsrailə qarşı sanksiyalar “paketləri” təqdim etmir, BMT Təhlükəsizlik Şurasını çağırmır və baş verənləri pisləmir.

Bunlardan daha pisi Ərəb ölkələrinin susqunluğudur.

 

Teqlər