İranın Avropa ölkələrilə əlaqələrin bərpası üzrə şərtləri
https://azeri.sahartv.ir/news/İran-i413856-İranın_avropa_ölkələrilə_əlaqələrin_bərpası_üzrə_şərtləri
İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas İraqçı özünün ilk xarici müsahibəsində vurğulayıbdır ki: Amerika ilə gərginliklərin idarə olunması və Avropa ölkələrilə əlaqələrin bərpası bir sıra şərtlərə əsaslanır.
(last modified 2024-08-22T11:50:05+00:00 )
Avq 22, 2024 15:32 Asia/Baku
  • İraqçı
    İraqçı

İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas İraqçı özünün ilk xarici müsahibəsində vurğulayıbdır ki: Amerika ilə gərginliklərin idarə olunması və Avropa ölkələrilə əlaqələrin bərpası bir sıra şərtlərə əsaslanır.

Seyid Abbas İraqçı İran İslam Şurası Məclisindən etimad səsi almasından sonrakı ilk xarici müsahibəsində deyib: İran Xarici İşlər Nazirliyi İrana qarşı iqtisadi sanksiyaların aradan qaldırılması və onun beynəlxalq ictimaiyyətdə normal ticari əlaqələrə geri dönməsi istiqamətində təyinedici bir addım kimi Vaşinqtonla gərginliklərin idarə edilməsi və Avropa ölkələrilə əlaqələrin bərpası ardınca olacaq, amma onların “düşmənçilik yanaşmaları”nın kənara qoyulması,/ 2015-ci il nüvə anlaşmasının bərpası üzrə səy/ və İrana qarşı sanksiyaların aradan qaldırılması şərtilə./

İraqçı qeyd edibdir ki, İslam Şurası Məclisində xarici siyasət barədə etdiyi çıxışında ciddi, təmərküzləşmiş və zamanlı danışıqlar yolu ilə və xalqın əsas prinsiplərinə riayət etməklə sanksiyaların, xüsusilə birtərəfli sanksiyaların aradan götürülməsi kimi həssas hədəfə təkid edib.

İraqçı “Kiodo Nyus”a deyibdir ki, İran və Yaponiyanın özlərinin fərqli və eyni zamanda mükəmməl bacarıqları ilə bütün Asiyada faydalı və dayanıqlı bir iştirak yaratmaq üçün çox böyük potensiala malik olduqlarına inanır.