Avq 26, 2024 15:04 Asia/Baku
  • İran və Səudiyyə Ərəbistanı sionist rejimin cinayətlərinin dayandırılmasını vurğulayıblar

İran və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri telefon danışığında sionist rejimin cinayətlərinin dayandırılması üçün səylərin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan İranın xarici işlər naziri Seyid Abbas İraqçi ilə telefonla söhbət edib və onu İranın xarici işlər naziri seçilməsi münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.

Bu telefon danışığında tərəflər sionist rejimin Qəzzədə davam edən cinayətlərinə və regionda gərginliyin artmasına işarə edərək, sionistlərin cinayətlərinin dayandırılması və Qəzzə zolağına humanitar yardımların göndərilməsi üçün səylərin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Bu zəng zamanı, həmçinin ikitərəfli münasibətlərdəki son hadisələr və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər ikitərəfli münasibətlərin düzgün yolda olduğunu vurğulayaraq, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığı gücləndirməyə və inkişaf etdirməyə çağırıblar.

Bin Fərhan və İraqçi iki ölkə arasında məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayaraq, onları iki ölkənin və regionun maraqları kontekstinə uyğun hesab ediblər.

Teqlər