Sen 09, 2024 14:59 Asia/Baku
  • Kənani: Qafqazda sülh regionun xeyrinədir

İran və Rusiya Hərtərəfli Əməkdaşlıq Sənədi üzərində işi davam etdirir

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: "İran Qafqaz regionunda iqtisadi marşrutlarda yaranan tıxanmaların aradan qaldırılmasına və Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin təşviqinə dəstəyini davam etdirəcək".

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bazar ertəsi keçirdiyi mətbuat konfransında Qafqazda və Zəngzur dəhlizində baş verən hadisələrlə bağlı deyib: "Qafqazda sülh regionun xeyrinədir. Regiondan kənarda olan bəzi güclər və rejimlər Qafqazı qeyri-sabitlik zonasına çevirmək istəyirlər və onların prioriteti sülh deyil, onlar regionda sabitliyin pozulmasına can atırlar".

O, vurğulayıb: "Biz Cənubi Qafqaz ölkələri və onların qonşuları arasında 3+3 formatı əsasınsa regional əməkdaşlıq mexanizminin gücləndirilməsinin tərəfdarıyıq və bununla bağlı qarşıda görüşlər olacaq".

Kənani əlavə edib: "İran qonşuluq siyasəti çərçivəsində Qafqazda sülh və sabitliyi dəstəkləyir və tranzit marşrutları boyunca yerləşən ölkələrin müstəqilliyinə və ərazi bütövlüyünə və onların və qonşu ölkələrin maraqlarına hörmət çərçivəsində regionda nəqliyyat marşrutlarının tıxanmasının aradan qaldırılmasını alqışlayırıq. İran beynəlxalq sərhədlərin dəyişdirilməsinin əleyhinədir". 

İran Xarici İşlər Nazirliyinin sözçüsü İran və Rusiya Hərtərəfli Əməkdaşlıq Sənədinin imzalanması ilə bağlı suala cavab olaraq, bildirib ki, İran və Rusiya arasında hərtərəfli strateji sənəd yekunlaşdırılıb və tezliklə iki ölkənin prezidentləri tərəfindən imzalanacaq.

Kanaani əlavə edib: Sənəd bütün sahələrd, xüsusilə iqtisadi sahədə əlaqələrin genişləndirilməsi məqsədi daşıyacaq ki, ticarət sahələrində də lazımi hüquqi əsaslar təmin edilsin. 

Kənani vurğulayıb ki, sənəd imzalandıqdan sonra İran parlamentinə təqdim edilməlidir və təsdiq edildikdən sonra həyata keçiriləcək.

Bir neçə gün əvvəl Rusiya xəbər agentliyi xarici işlər naziri Sergey Lavrova istinadən yazıb ki, çox yaxında Rusiya və İran sazişin hazırlanmasını başa çatdıracaq və yalnız onun texniki detalları qalıb”. 

Kənani Ukrayna müharibəsi ilə bağlı deyib: "İran İslam Respublikası Ukrayna böhranının başlanğıcından bəri heç vaxt bu hərbi münaqişənin və onun davamının bir hissəsi olmayıb və bu böhrana son qoymaq üçün hər zaman siyasi həlli və ikitərəfli danışıqları dəstəkləyib".

İranın Rusiyaya ballistik raketlər göndərməsi iddiası ilə bağlı İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib: "Dəfələrlə vurğulandığı kimi, İran İslam Respublikası müharibəyə qarşı çıxmaqla yanaşı, Rusiya ilə Ukrayna arasındakı fikir ayrılıqlarını həll etmək və hərbi münaqişələrə son qoymaq üçün siyasi həll yolunu dəstəkləyir". 

Kənani vurğulayıb ki, İran İslam Respublikasının Ukrayna böhranı ilə bağlı prinsipial və elan edilmiş yanaşması dəyişməz olaraq qalır və Rusiyaya ballistik raketlər göndərilməsi iddiasının təkrarlanması bəzi Qərb ölkələrinin siyasi məqsəd və motivləri ilə edilir və tamamilə əsassızdır.

Teqlər