İraqçi:
"Almaniya Cəmşid Şarməhdın terrorçusu olduğunu qəbul etməlidir"
İran xarici işlər naziri ümidvarlıq edib ki, Almaniya hakimiyyəti və cəmiyyəti Cəmşid Şarməhdin alman terrorçusu olması həqiqətini qəbul edəcəklər.
Muzdur və terrorçu «Tondər» qruplaşmasının İran xalqına qarşı illərlə şər və cinayət əməllərindən sonra bu qruplaşmanın başçısı Cəmşid Şarməhd oktyabrın 28-də məhkəmənin qərarı ilə edam edilib və etdiklərinin cəzasını alıb.
İranın xarici işlər naziri Seyid Abbas İraqçi Almaniyanın “Spiegel” qəzetinə verdiyi müsahibədə, Cəmşid Şarməhdın terrorçu qruplaşmanın lideri olduğunu bəyan edərək, deyib: "Bu bir həqiqətdir ki, Almaniya dövlət rəsmiləri onu görməzlikdən gəlir və ona işarə etməyi sevmirlər".
Seyid Abbas İraqçi əlavə edib: "Cəmşid Şarməhd öz seçimi ilə Şirazda on dörd nəfərin ölümü və 200-dən çox insanın yaralanması ilə nəticələnən məscidin partladılmasına görə məsuliyyəti öz üzərinə götürüb".
İranın xarici işlər naziri qeyd edib ki, Şarməhdin etirafları həbsdən sonra deyil, həbsdən əvvəlki zamana aiddir! O, Amerikada olarkən televiziya kanallarına verdiyi müsahibədə bu əməli fəxrlə etiraf edib və İran İslam Respublikası ilə müharibə apardığını söyləyib.
İraqçi daha sonra Almaniya ilə sionist rejim arasındakı xüsusi əlaqəyə diqqət çəkir və deyir: Qəzzədə 50 min insan İsrail rejimi tərəfindən öldürüldü və biz Almaniya hökumətinin qınama bildirişi verdiyini belə görmədik. Digər tərəfdən, Berlin sionist rejimə silah göndərməklə Qəzzə və Livan xalqının qətiamında iştirak edir.