Dek 03, 2024 12:18 Asia/Baku
  • Məşhəddə İƏT Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb

İran Xarici İşlər Nazirinin iştirakı ilə İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 28-ci iclası Məşhəddə başlayıb

  İranın Xarici İşlər Nazirliyinin ölkənin şimal şərq bölgəsi üzrə rəsmi nümayəndəsi Əhməd Məsumi Fər bu iclasın başlanması ilə əlaqədar deyib: "Xarici işlər nazirlərinin sabahkı iclasının gündəliyini hazırlamaq məqsədi ilə keçirilən bu görüşdə İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi və üzv dövlətlərin yüksək vəzifəli rəsmiləri iştirak ediblər". 

Xatırladaq ki, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin ekspertlər və Tehrandakı səfirlərindən ibarət nümayəndə heyətləri ilə yanaşı, Tacikistan və Qazaxıstanın xarici işlər nazirləri və İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi də Məşhədə gəliblər.

Sabah, çərşənbə axşamı, dekabrın 3-də Məşhəddə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin iyirmi səkkizinci iclası keçiriləcək.

İran, Pakistan, Türkiyə, Əfqanıstan, Tacikistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrdirlər.