Ali Məqamlı Rəhbərin iştirakı ilə əzadarlıq mərasiminin ikinci gecəsi
İslam İnqilabının Ali Məqamlı Rəhbərinin iştirakı ilə Həzrət Fatimə Zəhranın (s.ə) əzadarlıq mərasiminin ikinci gecəsi çərşənbə axşamı İmam Xomeyni (r.ə) hüseyniyyəsində keçirilib.
Mərasimdə natiq Höccətül-İslam Əli Əlizadə Quran ayələri və rəvayətlərə istinadən aləmlərin Xanımı Həzrət Fatimeyi Zəhranı(s) paklıq və ismət xanədanının sütunu adlandırıb və onun böyük şəxsiyyəti və atasının müdafiəsində göstərdiyi fədakarlıqlardan danışıb.
Höccətül-İslam Əlizadə deyib: "Həzrət Fatimeyi Zəhra (s.ə) Əziz İslam Peyğəmbəri (s) və İmam Əlinin (əleyhissalam) məruz qaldıqları hücumlar qarşısında dayandı və İslamın və Peyğımbər məktəbinin təhrif edilməsinə mane oldu".
Bu mərasimdə, həmçinin mədhiyyəçi Meysəm Mütii Xanım Zəhranın (s.ə) matəmində mərsiyyələr oxudu.