Dek 18, 2024 14:59 Asia/Baku
  • Terrorizmlə mübarizə hərtərəfli beynəlxalq həmkarlıq tələb edir

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi zorakılıq və ekstremizmdən azad beynəlxalq gün münasibətilə verdiyi mesajda terrorizmlə mübarizədə beynəlxalq əməkdaşlığa təkid edib.

İsmayıl Bəqayinin «X» platformasında yayılan mesajında deyilir: Bu gün, zorakılıq və ekstremizmdən azad beynəlxalq gündür. İranın təklif etdiyi «Ekstremizmlə mübarizə və zorakılıqdan azad dünya» adlı qətnamə layihəsinin BMT Baş Assambleyasında səs çoxluğu ilə qəbul edilməsindən on bir il ötür.

Sülh, təhlükəsizlik və insan hüquqları naminə terrorizm və kobud ekstremizmlə qarşılaşma və onun təhlükələri ilə mübarizə hərtərəfli beynəlxalq əməkdaşlıq tələb edir.