Tətik mexanizmindən sui-istifadə İranın qətiyyətli cavabı ilə üzləşəcək
İran Avropa üçlüyü tərəfindən «snapback» adlandırılan mexanizmdən istifadə ilə bağlı hər cür təhdidi qətiyyətlə rədd edir. Bunu, İran İslam Respublikasının BMT yanındakı səfiri və daimi nümayəndəsi deyib.
Əmir-Səid İrəvani söyləyib: «Tətik mexanizmi» sizin əllərinizdə olan bir vasitə deyildir ki, ondan İranı hədələmək üçün sui-istifadə edə bilmiş olasınız. İran açıq şəkildə bildiribdir ki, bu kimi təhrikedici addım qətiyyətli və uyğun cavabla üzləşəcəkdir.
Avropa üçlüyü ilə Birləşmiş Ştatların əsassız ittihamlarına və siyasi motivli qətnamənin ardınca getmələrinə rəğmən, İran öz öhdəliklərinə uyğun şəkildə Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığı davam etdirməyə sadiqdir- deyə, İranın baş diplomatı vurğulayıb.
İranın BMT yanındakı səfiri və daimi nümayəndəsi vurğulayıbdır ki: MAQATE baş direktorunun noyabr ayında Tehrana olmuş konstruktiv və uğurlu səfərinə rəğmən, agentliyin direktorlar şurasının son iclasında İrana qarşı tənbehedici qətnamənin qəbul edilməsi göstərir ki, Avropa üçlüyü ilə Birləşmiş Ştatlar konstruktiv anlaşma üçün zəruri olan prinsipləri, inamı və diplomatiyanı zəiflətmək məqsədilə bir siyasi gündəmi irəlilətmək ardıncadırlar.