Düşmən təkfirçilərin regiondakı fəaliyyətlərinin genişlənməsini istəyir
İran İslam Şurası Məclisinin sədri bildirib ki, düşmən təkfirçi qrupların regiondakı fəaliyyətlərinin genişlənməsinin ardıncadır.
Məhəmməd-Baqir Qalibaf qeyd edib ki: Bu üzdən, biz/ bu gün baş verməkdə olan və bir an belə, qəflətə qapılmamalı olduğumuz hadisələrin dəqiq izlənilməsi/ və “zamanda diqqət”lə yanaşı,/ sənayenin inkişafı, həmçinin müdafiə və təhlükəsizlik əməkdaşlıqlarının genişləndirilməsinə keçmişdəkindən daha çox ehtiyac duyuruq.
İrana səfər edən İraqın baş naziri Məhəmməd Şia Əssudani İran prezidenti ilə görüşdən sonra dünən İran İslam Şurası Məclisinin sədri Məhəmməd-Baqir Qalibafla görüşüb.
Qalibaf bu görüşün əvvəlində belə deyib: Xüsusən sionist rejimin cinayətləri ilə müşayiət olunan regionun hazırkı şəraitində islami ölkələr arasında mühüm rola malik ola biləcək/ İran və İraq xüsusiyyət təşkil etməklə müsəlman ölkələri arasındakı birlik/ həmişəkindən daha çox əhəmiyyət kəsb edir.
O, sonra vurğulayıb: Bizim bugünkü əsas düşmənimiz, sionist rejim və Amerikadır.
Qalibaf qeyd edib ki, onların bütün səyləri İran-İraq birliyinə ziyan vurmaq üzərində təmərküzləşib.
İranın qanunvericilik hakimiyyətinin sədri söyləyib: Biz,/ həmçinin islami ölkələr Suriya məsələsində fikir mübadiləsi aparmalıyıq. Bizim hamımız buna inanmalıyıq ki, Suriiya müstəqil bir ölkədir və bu ölkənin ərazi bütövlüyünə hörmət etmək gərəkdir.
İranın qanunvericilik hakimiyyətinin sədri sonra belə deyib: Suriyanın gələcək hakimiyyəti/ terrorizm, xüsusən də sionist rejim ilə əlaqə və yanaşmasını aydın şəkildə elan etməlidir və bu, islami ölkələrin Suriya hökumətindən olan tələbidir.
Məhəmməd Şia Əlsudani də öncə İran İslam Respublikasının səmimi ev sahibliyinə görə öz təşəkkürünü bildirib.
Bu səfər/ regionun hazırkı həssas şəraitində həyata keçib. Bu səfərdə məqsədimiz, iki dost, qonşu və qardaş ölkə kimi/ İraqla İran arasındakı əlaqələrin gücləndirilməsidir- deyə, Əssudani bildirib.
Əssudani əlavə edib: Suriya müxtəlif məzhəb və qövmlərə malik bir ölkədir. Bu ölkənin siyasi prosesi gedişində onların heç biri çıxdaş edilməməlidir.
Əssudani vurğulayıb: Biz Suriyada təhlükəsizlik və sabitliyin bərqərarı və xarici müdaxilələr olmadan bu ölkənin əsas qanununa əsasən, siyasi prosesin keçirilməsi istiqamətində əlimizdən gələni əsrigəməyəcəyik.