Özəl sektorun iqtisadi fəalları Ali Məqamlı Rəhbər ilə görüşüblər
"Tərəqqinin Öncülləri" tədbirinin davamında bu gün səhər İslam İnqilabının Ali Məqamlı Rəhbəri ölkənin özəl sektorunun bir sıra iqtisadi fəalları, sahibkarları və istehsalçılarını qəbul ediblər.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri İmam Xomeyni (r.ə) Hüseyniyyəsində keçirilən bu görüşdə "Tərəqqinin Öncülləri” Sərgisinə baxış keçirdiklərinə toxunaraq, buyurublar: "Bu gün səhər ölkə reallığının kiçik bir hissəsini göstərən bir sərgini ziyarət etdim. Bu sərgi göstərir ki, İranın özəl sektoru xarici təzyiqlərə və sanksiyalara baxmayaraq, qənaətbəxş səviyyədə irəliləyiş əldə edə bilib".
Qeyd edək ki, Həzrət Ayətullahül-üzma Xamenei bu görüşdən əvvəl iki saat müddətinə İmam Xomeyni (r.ə.) Hüseyniyyəsində “Tərəqqinin Öncülləri” milli tədbiri adı altında özəl sektorun ən son nailiyyətləri və imkanları sərgisinə baxış keçiriblər.
O Həzrət bu nailiyyətlərin təfərrüatları barədə xalqa məlumat verilməsinin vacibliyinə diqqət çəkərək, bu sektorun əldə etdiyi tərəqqi və imkanları yüksək qiymətləndiriblər.