Sen 19, 2025 20:18 Asia/Baku
  • Qərb qərəzli sanksiyaların bərpasında israrlı qaldı - GÜNDƏM

ABŞ və veto hüququna malik olan iki Avropa ölkəsi - İngiltərə və Fransanın təzyiqi altında BMT Təhlükəsizlik Şurası növbəti uğursuzluğa imza atıb.

Cümə günü sentyabrın 19-da şura İrana qarşı sanksiyaların tərəfdarları və əleyhdarları arasında mübahisə meydanına çevrildi. Belə ki, müxaliflər “İrana qarşı sanksiyaların aradan qaldırılmasının davam etdirilməsi” adlı qətnamənin qəbuluna mane olaraq anti-İran sanksiyalarının bərpasına yol açdılar.

IRNA-nın məlumatına görə, BMT Təhlükəsizlik Şurası 2015-ci ildə nüvə sazişi çərçivəsində ləğv edilmiş sanksiyaların sürətlə geri qaytarılmasının qarşısını almaq məqsədi daşıyan qətnamə layihəsini təsdiq edə bilməyib.

Qətnamənin əleyhinə 9, lehinə isə 4 ölkə səs verib və iki üzv ölkə də bitərəf qalıb.

Bunun ardınca İran İslam Respublikasının Xarici İşlər Nazirliyi bəyanat yayaraq, 3 Avropa dövlətinin İrana qarşı sanksiyaların bərpasına yönəlmiş cəhdini qınayıb.

Bəyanatda deyilir: 

“Ləğv edilmiş qətnamələrin geri qaytarılması beynəlxalq hüquqa ziddir və diplomatik prosesləri zəiflədir. Ona görə də, bütün nəticələrin məsuliyyəti ABŞ və üç Avropa ölkəsinin üzərinə düşəcək.

Bu addım konsensus olmadan, bəzi Şura üzvlərinin ciddi etirazına rəğmən həyata keçirilib və BMT Təhlükəsizlik Şurasının nüfuzunu sarsıdır.

İranın nüvə proqramı sülhməramlı xarakter daşıyır, Tehran qeyri-qanuni addımlara adekvat cavab vermək hüququnu saxlayır”.

Bəyanatyda sonra qeyd olunur: “Məsuliyyətli ölkələrdən xahiş edirik ki, bu qərara qoşulmasınlar və onu rədd etsinlər”.

İran XİN hesab edir ki, diplomatiya yolu açıqdır, lakin Avropa müstəqillik nümayiş etdirmək əvəzinə ABŞ siyasətinin ardınca gedir.