Ali Məqamlı Rəhbər yunan-Roma güləşi üzrə İran millisini dünya çempionu olması münasibətilə təbrik edib
İslam İnqilabının Ali Məqamlı Rəhbəri bir müraciətdə İranın yunan-Roma güləşi üzrə milli komandasını dünya çempionatının qalibi olması münasibətilə təbrik edərək, idmançılara, məşqçilərə və idarəçilərə İran xalqına sevinc və iftixar gətirdiklərinə görə təşəkkür edib.
Həzrət Ayətullahül-üzma Xameneinin müraciətinin mətni belədir:
"Bismillahir-rəhmanir-rəhim
Yunan-Roma güləşinin qəhrəman gənclərini təbrik edirəm!
Sizin və sərbəst güləşçi qardaşlarınızın möhkəm iradəsi və çətin zəhməti xalqı sevindirdi və ölkənin başını uca etdi.
Allahdan sizin üçün daim uğur və qələbə diləyirəm.
İdmançılara, məşqçilərə və rəhbərlərə afərin deyirəm".
İranın yunan-Roma güləşi üzrə yığma komandası 11 ildən sonra və ikinci dəfə olaraq, Zaqrebdə keçirilən 2025-ci il güləş üzrə dünya çempionatında qələbə qazanaraq, dünya birincisi oldu.
Bu İranın idman tarixində ilk dəfədir ki, həm sərbəst, həm də yunan-Roma güləşi üzrə milli komandalar eyni ildə dünya çempionu titulunu qazanırlar.