Okt 05, 2025 17:06 Asia/Baku
  • İraqçı: Qahirə razılaşması artıq etibarsızdır

İran xarici işlər naziri vurğulayıb ki, Qahirə razılaşması artıq etibarsızdır.

O, Amerikanın və üç Avropa ölkəsinin təhlükəsizlik şurasının bitmiş sanksiyalarının geri qaytarılması üzrə hərəkətlərini qanunsuz adlandırıb.

İran xarici işlər naziri Seyid Abbas İraqçı Tehrandakı beynəlxalq və xarici nümayəndəliklərin başçıları, səfirlər və səfirliklərin müvəqqəti işlər vəkilləri ilə birgə yığıncaqda, vurğulayıb ki, İran İslam Respublikası sözügedən sanksiyaların bərpasını qanunsuz hesab edir.

İraqçı bu yığıncaqdan sonra müxbirlər qarşısına çıxıb və belə vurğulayıb: Snapback, bütün keçmiş şəraiti dəyişir və Qahirə razılaşması artıq etibarsızdır. İran İslam Respublikası müzakirə yolu da daxil olmaqla, məsələnin həlli üzrə mümkün olan hər bir yolu sınayıb və hazırda qərblilər snapbackdan istifadə üçün heç bir üzrlü səbəbə malik deyillər.

İran xarici siyasət aparatının başçısı sonra belə qeyd edib: Hərbi hücum/ İranın nüvə məsələsinin həll yolu olmadığı kimi, bu barədə də heç bir nailiyyətə malik deyildir.

Təcrübə sübut edibdir ki, İranın nüvə məsələsi üçün diplomatik həll yolundan başqa, heç bir həll yolu mövcud deyildir. Amma, üç Avropa ölkəsi diplomatik prosesdəki rolunu açıq şəkildə zəiflədib və özü ilə müzakirələr əsasını xeyli miqdarda itiribdir. Gələcəkdəki müzakirə istiqamətli istənilən həll yolunda Avropanın rolu keçmişdəkindən daha çox zəifləyəcək- deyə, İran xarici işlər naziri vurğulayıb.