İİR XİN sözçüsünün mətbuat konfransı
Bəqayi: İranla ABŞ arasında mesaj mübadiləsi davam edir, amma bu, müzakirələr prosesinin başlanması demək deyildir
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi deyib: Cənab Rəvançinin Omana səfəri zamanı Amerika tərəfindən İrana rəsmi mesaj ötürülübdürmü? Xeyr, bu barədə rəsmi mesaj mövcud olmayıb, amma müxtəlif vasitələr, baxışları yaxınlaşdırmaq üzrə səyləri davam etdirirlər və mesajlar mübadilə olunur. Amma bu məsələ əsla İranla Amerika arasında müzakirələr prosesinin başlanması demək deyildir.
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi media mənsublarının iştirakı ilə keçirilən mətbuat konfransında İranın diplomatiya aparatının dünya hadisələri barədəki ən son mövqeyini bəyan edib.
İranın diplomatiya aparatının sözçüsü deyib: Region və beynəlxalq səviyyələrdə hadisələr sürətlə baş verir. Regionumuz hələ də soyqırımın davam etməsi və işğalçılıq problemilə üzləşir. Adda, “sülh anlaşması” zamanından bəri, atəşkəsin pozulması terminindən istifadə edirik. Həqiqət isə budur ki, biz hələ də Qəzzə əhalisinin məhv edilməsi və ona qarşı soyqırımla üzləşirik.
Bəqayi əlavə edib: Atəşkəsin elan edilidiyi zamandan bəri iki yüz nəfərdən çox insan şəhid olub, altı yüz nəfər də yaralanıbdır. BMT-nin hərəkətsizliyinin davam etməsi, İsrail rejiminin cəzasız qalmasına səbəb olub.
Dünən jurnalistlərin zorakılıqdan toxunulmaz qalmaları günü idi. Bu sahədə də diqqətlər qəsb olunmuş Fələstindəki cinayətlərə yönəlib. Bu müddətdə 270 jurnalist öldürülbdür ki, bu da görünməmiş bir hadisədir. Münaqişələr tarixində görünməmiş hadisə olan bu qırğın, Qəzzədə baş verənlərin müharibə deyil, soyqırım olduğunu göstərir- deyə, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.