İran-Amerika ixtilafı taktiki deyil, əsaslıdır
İslam İnqilabının Ali Rəhbəri vurğulayıblar ki: İran İslam Respublikası ilə Amerika arasındakı ixtilaf, əsaslı ixtilaf, həmçinin Amerika və İran İslam Respublikası kimi iki cərəyanın maraqlarının qarşıdurmasıdır.
On üç aban- dörd noyabr günü- məktəbli günü və dünya imperializmi ilə milli mübarizə günü ərəfəsində, İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei məktəblilər, tələbələr və onikigünlük məcburi müharibə şəhidlərinin ailələrindən bir qrupu ilə görüşdə, Amerika səfirliyinin ələ keçirilməsinin ildönümü gününü “fəxr və qələbə günü, həmçinin Amerikanın imperialist hökumətinin əsl mahiyyətinin aydınlaşması günü adlandırıblar.
Həzrət Ayətullahuluzma Xamenei tarixi baxımdan, 1979-cu il dörd noyabrı və tələbələrin Amerikanın Tehrandakı səfirliyini ələ keçirmək üzrə şücaətli hərəkətini, İran xalqının qələbəsi və fəxr günü adlandırıblar.
O həzrət bu böyük hadisənin mahiyyət cəhətinin bəyanında deyiblər ki: Səfirliyin ələ keçirilməsi, Amerika Birləşmiş Ştatları dövlətinin əsl mahiyyətinə, həmçinin İslam İnqilabının əsas və real mahiyyətinə aydınlıq gətirdi.
İnqilab Rəhbəri söyləyiblər: Bir zamanlar İngiltərə dövləti, bu gün isə Amerika, özünə belə bir haqq verir ki, xalqların həyati mənafelərinə əl uzatmaqla, onlar üçün vəzifə təyin etsin və ya, sayıq xalqı və güclü hökuməti olan bir ölkədə özü üçün hərbi bazalar yaratsın, yaxud da, xalqların neft və təbii mənbələrini qarət etsin ki, bu, bizim, düşmən olduğumuz və əleyhinə şüar verdiyimiz məhz həmin imperializmdir.
O həzrət deyiblər: Məşrutədən sonra təqribən qırx il ərzində İran ya hərc-mərclik, ya da çaxnaşma ilə üzləşdi. Nəhayət, 1950-ci ildə Allah-Taalanın lütfkarlığı ilə, Müsəddiqin milli hökuməti ölkədə hakimiyyətə gəldi. İngilislər qarşısında dayanan bu hökumət təqribən havay şəkildə ingilislərin ixtiyarında olan ölkə neftini milliləşdirməyi bacardı.
Həzrət Ayətullahuluzma Xamenei əlavə ediblər: Amerikalılar Müsəddiqin üzünə gülüb, ingilislərin əlbirliyi ilə onun arxasında plan qurub, çevriliş etdilər və milli hökuməti devirməklə qaçmış şahı İrana qaytardılar.
İnqilab Rəhbəri milli hökumətin devrilməsini İran xalqına qarşı sərt zərbə adlandırıb və belə qeyd ediblər: Xalqımız Amerikanı, həmçinin onun imperialist xislətini və onun təhlükəsini 19 avqust 1953-cü il çevrilişilə tanıdı. Çevrilişdən və şahın qayıtmasından sonra da Məhəmmədrzanın 25 il sərt və qaba diktatorluğu Amerikanın himayəsi və köməyilə davam etdi.
İnqilab Rəhbəri Amerikanın İran İslam İnqilabı iilə ilk qarşılaşmasını, ABŞ senatının düşmənçilik qərarı adlandırıblar.
Məhəmmədrzanı Amerikaya buraxmaqdan irəli gələn ictimai hiddətin baş qaldırmasına işarə edən İnqilab Rəhbəri, əlavə ediblər: İran xalqı hiss etdi ki, amerikalılar Məhəmmədrzanı orada sakin eləməklə, 19 avqust çevrilişini təkrarlamaq və onu İrana geri qaytarmağa zəmin yaratmaq niyyətindədirlər. Buna görə, qəzəblə küçələrə çıxdı və tələbələrin iştirakı ilə keçirilən xalq hərəkatının və nümayişlərin bir hissəsi Amerika səfirliyinin ələ keçirilməsilə nəticələndi.
O həzrət tələbələrin ilkin niyyətlərini, səfirlikdə iki-üç gün olmaq və sırf olaraq, İran xalqının hiddətini dünyaya əks etdirmək adlandırıb və belə qeyd ediblər: Amma tələbələrin səfirlikdən tapdıqları sənədlər göstərdi ki, məsələnin dərinliyi təsəvvür edilənlərdən daha genişdir və Amerika səfirliyi inqilabı məhv etmək üzrə fitnəkarlıq və plancızma mərkəzidir.
İnqilab Rəhbəri sonra deyiblər: Amerika səfirliyi məsələsi, məlumatların toplanması deyildi. Səfirlik fitnəkarlıq otağı yaratmaqla, inqilab əleyhinə hərəkət ardınca idi. Tələbələr bu məsələni dərk etməklə, səfirliyi öz əllərində saxladılar.
O həzrət əlavə ediblər: Onların düşmənçiliyi sırf/ dildə deyildi; onlar// sanksiya, fitnəkarlıq, İslam Respublikasının əsas düşmənlərinə kömək, Səddamı İrana hücum etməyə təhriketmə və ona hərtərəfli şəkildə köməklik göstərmə, 300 sərnişini olan İranın sərnişin təyyarəsinin vurulması, təbliğat savaşı və İran xalqının mənafeyinə zərbə vurmaq üçün birbaşa hərbi hücum kimi, əllərindən gələn hərəkətləri etdilər.
O həzrət söyləyiblər: Amerika imperializminin əsası, təslimdən başqa bir şeyi qəbul etmir. Amerikanın hazırkı prezidenti onu dilə gətirdi və əslində Amerikanın iç üzünü açıb göstərdi.
İnqilab Rəhbəri əlavə ediblər: Əgər Amerika ümumiyyətlə sionist rejimə dəstəyi kənara qoyar, regiondakı bazalarını yığışdırar və müdaxilələrini kənara qoyarsa, bu məsələ araşdırıla bilər; əlbəttə ki, bu, indiki zamana və yaxın gələcəyə aid deyildir.