İranın Astronomiya Olimpiadası komandasının yenidən qələbəsi ölkə gənclərinin elmi potensialının göstəricisidir
https://azeri.sahartv.ir/news/İran-i423392-İranın_astronomiya_olimpiadası_komandasının_yenidən_qələbəsi_ölkə_gənclərinin_elmi_potensialının_göstəricisidir
İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın baş komandanı general-leytenant Əhməd Vəhidi, İran İslam Respublikasının Astronomiya və Astrofizika üzrə milli olimpiada komandasının Hanoy şəhərində keçirilən dünya yarışlarında qələbə qazanmasını təbrik edib və bu uğuru İran gənclərinin istedadının və elmi bacarıqlarının göstəricisi kimi qiymətləndirib.
(last modified 2026-10-05T11:52:49+00:00 )
Okt 05, 2026 15:50 Asia/Baku
  •  İranın Astronomiya Olimpiadası komandasının yenidən qələbəsi ölkə gənclərinin elmi potensialının göstəricisidir

İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın baş komandanı general-leytenant Əhməd Vəhidi, İran İslam Respublikasının Astronomiya və Astrofizika üzrə milli olimpiada komandasının Hanoy şəhərində keçirilən dünya yarışlarında qələbə qazanmasını təbrik edib və bu uğuru İran gənclərinin istedadının və elmi bacarıqlarının göstəricisi kimi qiymətləndirib.

General-leytenant Əhməd Vəhidi bildirib ki, 66 ölkənin nümayəndələrinin iştirakı ilə keçirilən yarışda əldə olunan bu uğur İran xalqı üçün qürur mənbəyidir və bu torpaqların gənclərinin elmi və beynəlxalq arenadakı potensialını nümayiş etdirir.O əlavə edib: “Bu nailiyyət bir daha göstərdi ki, İran özünün sadiq və bacarıqlı insan kapitalına arxalanaraq, tərəqqi və izzət yolunda irəliləyir”.General Vəhidi, həmçinin medal qazanan şagirdlərə, onların ailələrinə, müəllim və professorlara, eləcə də ölkənin parlaq istedadlarının yetişdirilməsində əməyi olan bütün şəxslərə təşəkkürünü bildirib və onlar üçün daha çox uğurlar və İranın adının dünya arenasında daha da ucalmasını arzulayıb.Qeyd etmək lazımdır ki, İran komandası Vyetnamın paytaxtı Hanoy şəhərində keçirilən 19-cu Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında 5 qız medal qazanaraq, ardıcıl üçüncü dəfə dünya çempionu olub. Sözügedən yarışlarda 66 ölkə iştirak edib.