İranın daxili işlər naziri İlham Əliyevlə görüşüb
Okt 12, 2026 20:22 Asia/Baku
İran İslam Respublikasının daxili işlər naziri İskəndər Mömini Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşüb.
İskəndər Mömini bu görüşdə vurğulayıb ki, İran prezidenti iki ölkənin müvafiq qurumları arasında münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir.Nazir qeyd edib ki, Azərbaycan İran üçün dost və qardaş ölkədir.Azərbaycan Respublikası prezidenti isə iki ölkə arasında bütün istiqamətlərdə olduğu kimi, təhlükəsizlik sahəsində də yüksək səviyyədə əməkdaşlığın həyata keçirilməsinin vacibliyini vurğulayıb.Söhbət zamanı iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.