Şirazda ziyarətgaha terror hücumu edilib
Terror aktında 15 nəfər şəhid olub, 40-dan çox yaralı var
Ötən axşam oktyabrın 26-da İran İslam Respublikasının Şiraz şəhərində Şahçerağ imamzadə ziyarətgah kompleksinə silahlı terroçular hücum edib.
SəhərAzəri-nin məlumatına əsasən, hadisə şahidləri bildirir ki, üc nəfər silahlı terrorçu hərəmin həyətinə daxil olaraq kalaşnikov avtomat silahlarından ziyarətə gələnlərə atəş açıblar. 15 nəfərin həyatını itirdiyi, onlardan bir neçəsinin azyaşlı uşaq olduğu bildirilir, 19 ziyarətçi isə yaralanıb.
Terrorçulardan ikisi yerində həbs edilib.
Bu arada İranın Şiraz şəhərində Imamzadə Əhməd bin Musa Kazimin (ə) "Şahçıraq" adı ilə tanınan məqbərəsinə edilən hücumun məsuliyyətini İŞİD terror təşkilatı üzərinə götürüb.
Terror təşkilatı ötən gün bu barədə Teleqram-dakı hesabından, habelə bu və sair platformalarda olan “əl-Əmaq Agentliyi” üzərindən məlumat yayıb.
Terror təşkilatı Şirazda “şiələrin məbədi”ni hədəfə aldığını və bu hücumda onlarla “şiənin” öldüyü və yaralandığını bildirib.