İslam İnqilabının Aliməqamlı Rəhbəri Şahçırağ hadisəsi barədəbəyanat verib
“Bu cinayətin səbəkar və ya səbəbkarları hökməncəzalanacaqlar”
İran İslam İnqilabının Ali lideri Həzrət Ayətullahül-üzma Xamenei İŞİD terror təşkilatının Şiraz şəhərində Şahçırağ İmzamzadəsinə hücumuna münasibət bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, İnqilab Rəhbəri bu bəyanatda İran ictimaiyyətini terror aktları və onun düşüncələri ilə bağlı öhdəliyini yerinə yetirməyə və ayıq-sayıq olmağa çağırıb.
Bəyanatda deyilir:“Həzrət Əhməd ibni Musa əleyhissalamın hərəmindəki xəbis cinayət onlarla günahsız kişi, qadın və uşağın şəhid olmasına səbəb olub və ürəkləri parçalayıb. Bu narahatedici cinayətin səbəkar və ya səbəbkarları hökmən cəzalanacaqlar. Əhli-beytin (ə) hərəminin ehtiramının ayaq altına atılması və bu əzizlərin ürək parçalayan ahının bədəli yalnız faciənin mənşəyinin araşdırılıb tapılması və ona qətiyyətli cavabla ödəniləcək. İndi bizim hamımızın fitnə alovunu qaldıran xain, qafil və ya cahil şəxslər qarşısında durmaq üçün öhdəliyimiz var. Təhlükəsizliyi qoruyan qurumlardan, Məhkəmə Hakimiyyətindən, mütəfəkkir və din adamlarından, xalqın bütün fərdlərinə qədər, hamı bir əl kimi, camaatın canına və təhlükəsizliyinə, onların müdəqddəslərinə hörmətsizlik edənlərin qarşısında dursunlar. Əziz xalq və məsuliyyət daşıyan qurumlar düşmənlərin xəbis planlarına hökmən qalib gələcəklər. İnşallah”.
Həzrət Ayətullahül-üzma Xamenei bu bəyanatın sonunda terror aktında həlak olanların yaxınlarına başsağlığı verib.