Qaçqın düşərgəsinə hücum beynəlxalq qınağa tuş gəlib
https://azeri.sahartv.ir/radio/dünya-i414405-qaçqın_düşərgəsinə_hücum_beynəlxalq_qınağa_tuş_gəlib
BMT baş katibi İsrail rejiminin hücumunu pislədi
(last modified 2024-09-11T06:32:48+00:00 )
Sen 11, 2024 07:41 Asia/Baku
  • Qaçqın düşərgəsinə hücum beynəlxalq qınağa tuş gəlib

BMT baş katibi İsrail rejiminin hücumunu pislədi

BMT-nin Baş katibi Antonio Quterreş xunta İsrailin onlarla insanın şəhid olması ilə nəticələnən Əl-Məvasi bölgəsinə endirdiyi zərbəni pisləyib.

Bu barədə onun rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

Düjarrik brifinqdə deyib ki, baş katib Qəzzədə insan ölümündən dərin narahatdır. O, İsrailin qaçqın düşərgəsinə hava hücumunu şiddətlə qınayır.

Qeyd edək ki, sentyabrın 10-da Əl-Əqsa telekanalı sionist rejimin Əl-Məvasi bölgəsinə endirdiyi zərbə nəticəsində azı 40 nəfərin şəhid olduğunu, 60 nəfərin yaralandığını bildirib. İsrail məcburi köçkünlərin olduğu çadırları bombardman edib.