Fev 21, 2016 15:34 Asia/Baku
  • Yuxunun yaxşı və pis olmasına təsir edən amillər
    Yuxunun yaxşı və pis olmasına təsir edən amillər

Yuxu hər bir insanın əhval-ruhiyyəsinə, sağlam və gümrah olmasına təsir edən mövzulardandır.

Böyüklər gecəni ən azı 7 saat yatmalıdırlar. Əgər rahat yuxunun təmin olmasına yardım edən amilləri hazır edə bilsəniz, o zaman sağlam yuxudan bəhrələnmiş olarsınız.

Yuxunun pis və yaxşı olmasına təsir edən amilləri tanıyaq.

 

1. Qoxu. Tədqiqatlar göstərmişdir ki, xoş ətirlər insanın yaxşı yuxu görməsinə və əksinə, pis iylər – pis yuxular görməsinə səbəb olar. Xoş iylər içərisində yasəmin gülünün iyi xüsusilə vurğulanmışdır.

 

2. Səslər. İnsan yatan zaman beyni yarıaçılmış pəncərə kimi olar. Səslər ona nüfuz edər. Əgər bu səslər kifayət qədər yüksək deyildirsə, siz yuxudan ayılmayacaqsınız. Ona görə də gözəl musiqiyə, dəniz səsinə qulaq asmaq – yuxunuzun daha şirin olmasına yardım edər.

 

3. Tünd yeməklər. Bu təbiidir ki, hər bir yemək bəzən yaxşı həzm olunmur. Xüsusilə də ədviyyatı çox, tünd, ağır və yağlı yeməklər. Ona görə də yaxşı olar ki, şam yeməyini yatmazdan iki saat əvvəl yeyəsiniz. Həmçinin yatmazdan əvvəl tünd yeməklərdən çəkinəsiniz. Tərkibində kofein olan içkilər də tövsiyə edilmir.

 

4. B6 vitamini. Bu vitamin əsəb sisteminin yaxşılaşmasına səbəb olduğu üçün, yuxuya da təsir qoyar. Əlbəttə, onu da nəzərə almaq lazımdır ki, bu vitamini həddən artıq çox içmək də ziyanlıdır. Bu vitamin daha yaxşı yuxular görməyinizə səbəb olar.

 

5. Stress əleyhinə olan dərmanlar. Sakitləşdirici dərmanlar gecələri kabus görməyə səbəb olar. Əgər bu dərmanlardan sonra belə yuxular görürsünüzsə, həkiminizlə məsləhətləşin.

 

6. Siqareti tərgitmək. Siqareti tərk edən insanların 63%-i bir il yuxuda siqaret çəkdiklərini görərlər. Lakin nigaran olmayın, bu hal sizi tədricən tərk edəcəkdir. Nəticədə daha sağlam ağciyərlərə malik olacaqsınız.

 

7. Ağ və qara filmlərə baxmaq. Ağ və qara filmlərə baxmaq yaşlı insanlara keçmiş xatirələrini yada salar və onlar yuxuda keçmiş sərgüzəştlərini görərlər.

 

8. Yatağa ac getmək. Aclıq qandakı şəkərin səviyyəsini aşağı salar və ona görə də insan rahat yata bilməz və tez yuxudan ayılar. Əgər pəhriz saxlayırsınızsa, ən azı yatan zaman bir stəkan az yağlı süd için.

 

9. Qorxulu filmlərə baxmaq. Əlbəttə, bu, təbiidir ki, belə filmlər kabusa səbəb olar. Ona görə də yaxşı olar ki, əgər belə filmlərə tamaşa etmisinizsə, yatmazdan əvvəl həyatınızın yaxşı xatirələrini yada salasınız.

 

10. Hamiləlik. Qadınlar hamilə zamanı kabusu çox görərlər. Bunun da səbəbi hormonların dəyişməsidir.

 

/Deyerler.org/

 

Teqlər