Aşura hər gün içimizdə baş verir
- 
					  Kərbəla – hər dövrə, hər zamana, hər məkana aid olan bir məsələdir. 
Kərbəla – yalnız coğrafi məkana və tarixi zamana aid olan bir hadisə deyil.
 Kərbəla – hər dövrə, hər zamana, hər məkana aid olan bir 
məsələdir. Kərbəla – hətta bizim daxilimizə də aid olan məsələdir. Bizim
 daxilimizdə bir Kərbəla mərəkəsi var. Aşura bizim içimizdədir. Əba 
Əbdillah (ə) – bizim içərimizdəki müsbət yüklü mənəvi tutumumuzdur. Hər 
an bizi tövbə etməyə, düz yola gəlməyə çağırır. Hər an ölümü bizim 
yadımıza salır. Yadımıza salır ki, artıq qocalmağa doğru gedirik. 
İçərimizdə mövcud olan həqiqət hər gün bizə yaşadığımız bu dünyanın 
müvəqqəti olduğunu bildirir. Bunlar sanki içərimizdə Əba Əbdillahın (ə) 
mübarək qoşunudur.
İçərimizdə Yezid (lən) də var. Qəzəblidir, şəhvətlidir, hər zaman nəyisə
 istəyir, heç nə ona bəs etmir. İçərimizdə bu mərəkə var, bu savaş var. 
Hər gün içərimizdə olan Əba Əbdillah (ə) qoşunu ilə Yezid (lən) qoşunu 
qarşı-qarşıya gəlir. Hər gün ki, nəfsani istəklərimiz içimizdə qalib 
gələn zaman, sanki içimizdə olan Yezid (lən) qələbə çalır. Bir Rüqəyyə, 
bir Əli Əkbər, bir Əli Əsğər məzlum olur içimizdə. Hər gün, hər həftə nə
 qədər Zeynəbləri (s.ə) içimizdə ağlar qoyuruq? İçimizdə nə qədər Əba 
Əbdillahın (ə) əhdini qırırıq? İçimizdə nə qədər bu hal olur?
Aşura bir mücərrəd mövzu deyil. Hər günümüz Aşuradır. Hər günümüz 
seçimdir. Öz içərimiz, daxilimiz Aşuradır. Aşuranın bütün personajları 
içərimizdədir.
 
								 
								 
								 
								 
								