Rəbiül-əvvəl ayının bərəkətləri
Bu ayda Allahın görəl nuru yerə enmişdir. Belə ki, bu ayda əziz Peyğəmbərimiz (s) dünyaya göz açaraq, aləmi nurlandırmışdır.
O, Allahın ən sevimli bəndəsi, Allaha ən yaxın olan insandır. Əziz
Peyğəmbərimizin (s) düyaya gəldiyi gün bəşər üçün ən əziz gündür. Həmin
günü Allah biz insanlara ən kamil hədiyyəsini əta etmişdi.
Peyğəmbərimizi (s) sevən hər bir müsəlman bu ayda Allaha daha çox şükür
etməlidir. Bu nemətə görə minnətdar olmalı və bizə əta etdiyi bu böyük
nemətin qədrini bilməliyik.
Məhərrəm və Səfər ayını arxada qoyduq. Əba Abdullahın (ə) müsibətinə
matəm saxladıq və göz yaşı tökdük. İndi bu baharın gəlişi ilə Allaha
səcdə edib, şükür etmək vaxtıdır.
Bu ayın ilk gecəsi “Leylətul-məbit” adı ilə məşhurdur. Bu gecədə mühüm
tarixi hadisə baş vermişdir. Həzrət Peyğəmbər (s) 13-cü besət ilində
Məkkədən Mədinəyə hicrət edir. İmam Əli (ə) düşmənlərin şərinin
qarşısını almaq üçün o Həzrətin (s) yatağına uzanır.
Allah Təala bu münasibətlə bu ayəni nazil edir: “İnsanlardan eləsi də
var ki, Allahın razılığı üçün öz canını satır (hicrət gecəsi Peyğəmbərin
– səlləllahu əleyhi və alihi və səlləm – yatağında yatmış Əli
əleyhissalam kimi Allah yolunda canından keçir). Allah bəndələrə qarşı
çox şəfqətli və mehribandır”. (“Bəqərə” 207).
Səkkizinci gün
206-cı Hicri ilinin Rəbiül-əvvəl ayının 8-də İmam Həsən Əsgəri (ə) şəhid
olmuşdur. Həmin günü İmam Zaman ağanın (ə.f) imamətlik dövrü
başlamışdır. Həmin günü İmam Həsən Əsgərinin (ə) ziyarətini oxumaq
bəyənilir.
Onuncu gün
Peyğəmbərimizin (s) Həzrət Xədicə (s.ə) ilə evlilik günüdür. Həmin günü oruc tutmaq – bəyənilən əməllərdəndir.
On ikinci gün
Bu gün Peyğəmbərin (s) 12 gün yol gedəndən sonra Mədinəyə çatdığı gündür. Bu günün iki müstəhəb əməlləri vardır:
1. Oruc tutmaq.
2. İki rükətli müstəhəb namaz qılmaqdır ki, birinci rükətdə “Həmddən”
sonra üç dəfə “Kafirun” və ikinci rükətdə isə “Həmddən” sonra üç dəfə
“Tövhid” surələrini oxuyursan.
On dördüncü gün
64-cü Hicri ilində Yezid ibni Müaviyə (Allah hər ikisinə lənət eləsin)
ölür. O, 3 il 9 ay xəlifəlikdən sonra 37 yaşında cəhənnəmə vasil olur.
Bu 3 il ərzində etdiyi cinayətlərin sayı-hesabı yoxdur ki, onlardan ən
dəhşətlisi Kərbəla hadisəsidir.
On yeddinci gecə
Əhli-beytin (ə) nəzərinə görə Peyğəmbərimiz (s) bu günü dünyaya
gəlmişdir. Çox mübarək gecədir. Bu gecənin bir neçə əməlləri vardır:
1. 17-ci günün niyyəti ilə qüsl almaq.
2. Oruc tutmaq. Allah bu oruc üçün bir ilin oruc savabını müəyyən etmişdir.
3. Sədəqə vermək, ehsan etmək və mömini sevindirmək.
4. Həzrətin (s) ziyarətini oxumaq. Həzrətdən (s) belə bir hədis vardır:
“Hər kim öləndən sonra mənim qəbrimi ziyarət edər, o kəs kimi olar ki,
həyatda olan zaman mənə tərəf hicrət etmişdir. Əgər məni yaxından
ziyarət edə bilmirsə, uzaq yoldan mənə salam göndərsin”.
5. Bu günü İmam Əlini (ə) ziyarət etmək də müstəhəbdir. Necə ki, İmam Sadiq (ə) həmin günü İmam Əlini (ə) ziyarət etmişdi.
6. Bu günü əziz tutmaq lazımdır. Yaxşı olar ki, müsəlmanlar o günü
bayram təşkil etsinlər. Həzrət Peyğəmbərin (s) əxlaqı, həyatı və sünnəti
ilə daha yaxından tanış olsunlar.
7. Bu gün həm də əziz 6-cı İmamımız Həzrət Sadiqin (ə) mövlud günüdür.
(Tebyan saytına istinadən - HHQMMK )