İran, Çin və Rusiya Qrossiyə birgə məktub göndəriblər
İran, Çin və Rusiya Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossiyə birgə məktub göndərərək, BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin bütün müddəalarının 18 oktyabrda başa çatdığını və bu barədə əlavə tədbirlər görülməsinə ehtiyac olmadığını elan ediblər.
İran İslam Respublikasının 2231 saylı qətnamənin icrasının başa çatması ilə bağlı diplomatik səyləri çərçivəsində İran, Rusiya və Çinin Beynəlxalq Atom Enerjisi Agentliyindəki daimi nümayəndələri Agentliyin baş direktor Rafael Qrossiyə birgə məktub ünvanlayıblar. Məktubda 2231 saylı qətnamənin bütün müddəalarının müddətinin sona çatdığı vurğulanıb.
Bundan əvvəl də bu üç ölkə BMT baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə birgə məktub göndərərək, 18 oktyabr tarixindən etibarən qətnamənin müddəalarının icrasının başa çatdığını rəsmi şəkildə bildirmişdilər.
Məktubda üç Avropa ölkəsinin “snapback” mexanizmini aktivləşdirmək cəhdləri qeyri-qanuni hesab edilib və qeyd olunub ki, 18 oktyabr 2025-ci il tarixindən etibarən qətnamənin bütün müddəaları qüvvədən düşüb və bu məsələ gündəlikdən çıxarılıb.
İran, Çin və Rusiyanın birgə məktubunun başqa bir hissəsində əsas bir məqama təkid olunub və bu da, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktorunun 2231 saylı qətnamə və nüvə sazişinin icrası çərçivəsində İranda yoxlama və monitorinq hesabatlarının başa çatmasıdır.
Məktubda bu barədə deyilir: "Həmin qətnamənin 14-cü bəndində qeyd-şərtsiz olaraq bildirilir ki, Direktorlar Şurası bu məsələni 10 il müddətinə və ya Agentliyin baş direktoru İran haqqında daha geniş bir yekun hesabat təqdim edənə qədər, hansı daha tez baş verərsə, öz gündəliyində saxlamaq qərarına gəlir".
Bu kontekstdə, məktubun sonunda qeyd olunub: "Müvafiq olaraq, sözügedən bənd 18 oktyabr tarixindən etibarən avtomatik olaraq, Agentliyin gündəliyindən çıxarılır və bu məsələ ilə bağlı əlavə tədbirlər görülməsinə ehtiyac yoxdur".