RƏBİÜL-ƏVVƏL AYININ ƏMƏLLƏRİ
Rəbiül-əvvəl ayının özünəməxsus əməlləri vardır. Onların bəziləri aşağıdakılardan ibarətdir:
1-ci gün:
Rəbiül-əvvəl ayının 1-ci günü İslam Peyğəmbərinin Məkkədən Mədinəyə hicrət etdiyi günə təsadüf edir. Tarixdə göstərilir ki, İslam Peyğəmbərinin (s) peyğəmbərliyindən on üç il keçdikdən sonra, Əbu Cəhlin təklifi və Qüreyş qəbiləsinin böyüklərinin qərarı ilə bir dəstə o həzrətin evinə hücum edib o həzrəti qətlə yetirmək istədikdə, Cəbrail-Əmin Allah-Taala tərəfindən o həzrətin Məkkədən Mədinəyə hicrət etməsi əmrini gətirir. İmam Əli (ə) Peyğəmbərin (ə) yatağında yatır və Peyğəmbər (s) tərəfdarları ilə birlikdə Məkkədən çıxıb, üç gün “Sur” mağarasında qaldıqdan sonra Mədinəyə doğru hərəkət edir. Həmin gün imam Əli (ə) canını Peyğəmbərin (s) yolunda təhlükəyə ataraq o həzrətin yerində yatdığı üçün tarixdə “Leylətül-məbit” adlanır.
Həmin gün oruc tutmaq, eləcə də, Peyğəmbər (s) və imam Əlini (ə) ziyarət etmək tövsiyə olunur.
9-cu gün:
Rəbiül-əvvəl ayının 9-cu günü imam Zamanın (ə.c.) imamətinin ilk gününə təsadüf etdiyindən, bayram və şərafətli bir gün olması ilə yanaşı, rəvayətdə göstərilir ki, həmin gün Allah yolunda infaq edən və yosxullara əl tutan şəxsin günahları bağışlanar. Yoxsul və kimsəsiz mömin bacı və qardaşları yedirmək, onları sevindirmək, qəmlərinə şərik olmaq, çoxlu sədəqə vermək və ibadət etmək bu günün müstəhəb əməllərindəndir.
12-ci gün:
Sünni alimlərinin nəzərincə, Rəbiül-əvvəl ayının 12-ci günü İslam Peyğəmbərinin (s) mövlud gününə təsadüf edir. Həmin gün birinci rükətdə “Həmd” surəsindən sonra üç dəfə “Kafirun” surəsini, ikinci rükətdə isə “Həmd” surəsindən sonra üç dəfə “İxlas” surəsini oxumaqla iki rükət namaz qılmaq müstəhəbdir.
17-ci gün:
Şiə alimlərinin nəzərinə əsasən, Rəbiül-əvvəl ayının 17-ci günü İslam Peyğəmbərinin (s), eləcə də altıncı imamımız imam Sadiqin (ə) mövlud gününə təsadüf edir.
Həmin gün bir neçə əməlin yerinə yetirilməsi müstəhəbdir:
1. Qüsl etmək;
2. Oruc tutmaq; bu günün orucu bir illik orucun savabına bərabərdir.
3. Peyğəmbər (s) və imam Sadiqi (ə) istər uzaqdan, istərsə də yaxından ziyarət etmək (onlara məxsus ziyarətnamələri oxumaq);
5. Gün doğan zaman iki rükət namaz qılmaq; hər iki rükətdə “Həmd” surəsindən sonra on dəfə “Qədr” və on dəfə “İxlas” surələri tilavət olunur.
6. Sədəqə vermək və məhrum təbəqəni xeyirxah əməllərlə sevindirmək.
/shabestan/