22 bəhmən münasibəti ilə İslam İnqilabıın Böyük Rəhbərinin bəyanatı
22 bəhmən münasibəti ilə İslam İnqilabıın Böyük Rəhbərinin bəyanatı
İslam İniqilabının Böyük Rəhbəri 22 bəhmən-11 fevral-İslam İnqilabı qələbəsinin ildönümünü və qarşıdakı seçkiləri İran xalqının məzmunla dolu iki bayramı adlandırıb və belə vurğulayıblar: Xalqın 26 fevral seçkilərində ümumi iştirakı yeni bir qan kimi İranın və quruluşun qüdrətini sığorta edir.
İslam İniqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bazar ertəsi günü İran İslam Respublikası Ordusunun Hava Qoşunları və Hava Hücumundan Müdafiə qüvvələrindən bir qrupu ilə görüşdə xalqın hər il 22 bəhmən-11 fevral mərasimindəki iştirakını yüksək qiymətləndirərək, belə qeyd ediblər: Xalqın ötən otuz yeddi ildə 22 bəhmən yürüşündəki iştirakı, onun iradə və əzmkarlıqla yanaşı cismani iştirakı olubdur və bu il də Allah-Taalanın lütfkarlığı ilə xalqın küçələrdə iştirakı diqqətəlayiq, düşmən sındıran və bədxahları məyus edən hərəkət olacaq.
Həzrət Ayətullahuluzma Xamenei 22 bəhmən yürüşünün keçirilməsini inqilab bayramının şadyanalığının təkrarı adlandırıblar və belə bir xalq mərasiminin dünyada misilsiz olduğunu bildirərək, deyiblər: İslam İniqilabının əvvəlindən bəri xalq hər bir şəraitdə, o cümlədən sərt atmosfer şəraitində və problemlər içində daim 22 bəhməndə inqilab bayramı mərasimində hazır olubdur.
O həzrət "Bu böyük hadisənin xatirəsinin unudulmasına yol vermək olmaz" deyərək, vurğulayıblar: İnqilab həqiqəti daim xalqın zehnində yaşamalıdır, zira İslam İnqilabı öz yolunun yarısındadır və dayaqlarının möhkəmlənməsi və öz yüksək hədəflərinə çatması üçün əsas hədəflərin yaşadılmasına ehtiyaclıdır.
Həzrət Ayətullahuluzma Xamenei elm, ədalət, əxlaq, izzət və tərəqqiyə malik islami bir cəmiyyətin təşkilini İslami Quruluşun əsas hədəflərindən adlandırıb və belə vurğulayıblar: Düşmən cəbhəsinin əsas hədəfi, bu yüksək hədəflərin unudulması və sonda İslam Respublikası Quruluşunun daxili dəyişikliyi və rəftarının əvəz olmasıdır.
İslam İniqilabının Böyük Rəhbəri "Düşmənin əsas hədəfi, İslam Respublikası Quruluşunun inqilabı mahiyyətinin dəyişməsidir" deyərək, əlavə ediblər: İslami Quruluşun bədxahlarının geniş cəbhəsinin bütün səyi İslam Respublikasını izzət və qüdrət gətirən hədəflərə doğru hərəkəti davam etdirməkdən saxlamaq və əcnəbilərin ölkəyə hökmranlıqlarını qaytarmaqdır.
İslam İniqilabının Böyük Rəhbəri çıxışlarının davamında seçkiləri ölkə və xalq üçün yeni nəfəs, eləcə də yeni ruh və qanın aşılanması adlandıraraq, əlavə ediblər: Xalq öz təbii haqqından istifadə edərək, qərara alınmış zamanlarda səhnəyə gəlir ki, əvvəllər seçdiyi məsul şəxslərdən hansı birisinin qalmalı və ya getməli ollması haqda qərar çıxarmış olsun.
O həzrət seçkiləri "xalqın gücünün yenilənməsi və inqilab hədəfləri ilə beyət" adlandıraraq, deyiblər: Hamının seçkilərdə iştirakına israr bu dəlilə görədir ki, ümumi iştirak, ölkəyə və quruluşa başıucalıq verir, onu sığorta edir, buna görə, bu böyük hadisədə iştirak bütün xalqın vəzifəsidir.