Mart 29, 2016 19:07 Asia/Baku
  • Necə yataq ki, sağlam olaq?

Əgər insanların yatmaq vəziyyətlərinə nəzər salsaq, görərik ki, hərə bir cür yatmağı sevir.

Biri arxası üstə, biri üzü üstə, biri sağ tərəfdə və biri də sol tərəfdə yatmağı sevir.

Mütəxəssislərin nəzərinə görə, bizim yatmaq vəziyyətimizin sağlamlığımıza birbaşa təsiri vardır.

 

Sol tərəf üstə yatmaq.

O kəslər ki, daima mədə yangısından şikayət edirlər, belə fikirdədirlər ki, nə zaman sol tərəf üstə yatsalar, ağrıları kəsər. Respondentlərin 20%-i elan edir ki, sol tərəf üstə yatan zaman daha az mədə yangısı hiss edirlər. Mədə yangısı adətən gecələri daha da şiddətlənər. Alimlər bunun səbəbini hələ tapa bilməyiblər. Ancaq belə düşünürlər ki, o zaman ki, insan sol tərəf üstə yatar, bədənin bu halı mədə turşusunun az ifraz olmasına yardım edir. Çünki mədə yangısına əsil səbəb olan şey – mədə turşusunun çox ifraz olmasıdır.

Mütəxəssislər bu qənaətə gəlib çatıblar ki, sol tərəf üstə yatan insanların 40%-i adətən kabus gördüklərindən şikayət edərlər. Halbuki sağ tərəf üstə yatanların cəmi 14%-i kabus görməkdən gileylənirlər.

 

Arxası üstə yatmaq.

Arxası üstə yatmaq bel ağrılarını azaldar. Həkimlər beli ağrıyan insanlara arxası üstə yatmağı və ayaqlarının altına balış qoymağı tövsiyə edirlər. Başqa bir tərəfdən, beli üstə yatmaq üzün gözəl olmasına səbəb olar və üzün balışa dəyməməsi qırışların yaranmasına şərait yaratmaz. Ancaq arxası üstə yatmaq çox vaxt insanın xoruldamasına səbəb olar. Xoruldamaq bir çox xəstəliklərə yol aça bilər. O cümlədən: qan təzyiqi, diabet, stress. İnsan xoruldayan zaman dili boğaza tərəf çəkilər və hava yollarını daraldar. Bu da beyinə oksigen getməyini çətinləşdirər.

 

Sağ tərəf üstə yatmaq.

Bu cür yatmaq qan təzyiqini aşağı salar və ürək üçün daha münasib bir fəza yaradar. Bu cür yatmaq ürək xəstələri üçün faydalıdır. Sağ və ya sol tərəf üstə yatmaq əsəb sistemini yaxşılaşdırar ki, bu da ağıl zəifliyi kimi alzemi xəstəlikləri riskini azaldar.

 

Qarnı üstə yatmaq.

Qarnı üstə yatan insanların çox hissəsi qəribə yuxular görərlər. Bu cür yatmaq nəfəs almağı çətinləşdirər. Bu cür yatmaq boyun əzələlərini gərginləşdirər və baş ağrısına gətirib çıxardar. Bəzən bu ağrı hətta dirsəklərə qədər gəlib çıxar.

Beləliklə deyə bilərik ki, insanın yatmaq vəziyyətinin sağlamlığına təsiri vardır. Həkimlər ən çox sağ tərəf üstə yatmağı tövsiyə edirlər, çünki bu zaman bədənimiz ziyan görmür.

 

/Deyerler.org/

Teqlər