Sen 06, 2023 18:02 Asia/Baku
  • İraqın baş naziri “Ərbəin” ziyarəti layihəsinin nəticəsindən danışdı

İraqın baş naziri təhlükəsizlik qüvvələrini, hərəm xadimlərini və mökəb işçilərinə təşəkkürürü bildirərək, İraqda builki “Ərbəin” ziyarəti layihəsinin müsbət icra edildiyi haqda açılama verib.

İraqın baş naziri Məhəmməd Şiya əs-Sudani bu gün (6 sentyabr çərşənbə günü) təhlükəsizlik qüvvələrinə, hərəm xadimlərinə və mökəb işçilərinə məktub göndərərək İmam Hüseynin (ə) Ərbəin ziyarəti planının uğurlu icrası haqda xəbər verib.

Verilmiş məlumata görə, əs-Sudani bütün inanclıların bağışlanma, qürur və vəhdət rəmzi sayılan Kərbəlada “Ərbəin” mərasiminin müvəffəqiyyətlə icra edilməsi və ən yaxşı şəkildə keçirilməsinə kömək edən təhlükəsizlik qüvvələrinə, nazirliklərə, valiliklərə, hərəm xadimlərinə və mökəb işçilərinə öz təqdir və təşəkkürünü bildirib

O qeyd edib ki, "İmam Hüseyn (ə) şəhəri həm ölkənin daxilindən və eləcə də xaricdən gələn milyonlarla zəvvarını qəbul edib. Allah İraq xalqını qorusun və Uca Allahdan bizə əmin-amanlıq, rifah və sevgi bəxş etməsini diləyirik".

 

 

Teqlər