Mart 14, 2016 18:02 Asia/Baku

Az. R. mətbuatında İranla bağlı təxribat xarakterli mövzular haqda ekspertlərin fikirləri.

Ekspres :


Ekspres qəzeti Qərb mediaları sayağı İran İslam R-da keçirilən raket sınaqlarını qonşu ölkənin guya beynəlxalq qanunlara sayğısızlığı kimi qələmə verməyə çalışıb.

"Sepah BMT-ni saymır" başlıqlı yazıda iddia olunur ki keçirilən sınaqlar İranın nüvə proqramı ilə bağlı əldə edilmiş razılaşmanı pozmur. Amma BMT-nin Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə ziddir. ABŞ konqresi isə İranın raket sınaqlarını təxribat sayır. Konqresin nümayəndələr palatasının spikeri Pol rayan bəyan edib ki, Tehrana qarşı yeni sanksiyaların tətbiqinə nail olmaq niyyətindədir.

Mövzu ilə bağlı hörmətli jurnalist Rəhmətullah Şərifiyə müraciət edərək ondan yeni raket sınaqları məsələsinə aydınlıq gətirməsini xahiş etdik və cənab şərifi də öz fikirlərin radio azeri ilə bölüşdü. Həmin sözləri audio materilada dinləyə bilərsiniz.


Gündəm Xəbər:


Bu qəzet İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Əl-Üzma Xameneinin son günlər Rəhbərlik Xobreqan məclisinin üzvləri ilə görüşdə söylədiyi fikirləri təhrif edib. "Xamenei tapşırıq verdi: Yerimə adam seçin" sərlövhəli yazıda iddia olunur: İranın dini lideri Həzrət Ayətullah Xamenei İslam Məşvərət Şurasından dini lider seməsini istəyib. Xamenei yerinə gələcək şəxsin inqilabçı lider olmasını arzu edib. O ölkənin dini lideri vəzifəsindən nə vaxt gedəcəyi ilə bağlı məlumat verməyib.


Mövzu ilə bağlı hörmətli jurnalist Mustafa Quluzadəyə müraciət etdik, Quluzadə canabları isə bu haqda fikirlərini azəri radiosu ilə bölüşdülər. bu sözləri dinləmək üçün audio materialı tıklayın.

Teqlər