Mavi Mərmərə olayının kədərli epiloqu
Mavi Mərmərə olayının kədərli epiloqu
yunun 26-da (2016) Türkiyə ilə İsrail rejimi arasında münasibətlərin yaxşılaşdırılmasına dair saziş imzalandı.
Türkiyə ilə İsrail rejimi arasında münasibətlər 2010-cu ildə Qəzzaya humanitar yardım aparan “Mavi Marmara” gəmisinə İsrail rejiminin silahlı hücum etməsindən sonra pozulmuşdu. Hücum zamanı gəmidə olan 9 nəfər türk vətəndaşı öldürülmüşdü (10-cu şəxs daha sonra dünyasını dəyişmişdi) və çoxlu sayda insan yaralanmışdı.
Hər iki tərəf – istər İsrail rejimi olsun, istər Türkiyə - münasibətlərin yaxşılaşdırılmasına dair əldə edilmiş razılaşmanı uğurlu hesab edir.
Türkiyə tərəfi bildirir ki, bu saziş onun diplomatiyasının uğurudur, çünki İsrail rejimi onun 3 tələbindən ikisini yerinə yetirməyə razılıq vermişdir, üçüncü tələbi isə qismən yerinə yetirəcəyini bildirmişdir.
Tələblər “Mami Marmara”da baş vermişlərə görə Türkiyə dövlətindən üzr istənilməsi, hadisə zamanı şəhid olmuşların ailələrinə təzminatların ödənilməsi və Qəzzanın blokadasının aradan qaldırılması idi.
İsrail rejimi tərəfi Türkiyə dövlətindən rəsmi qaydada üzr istədi və şəhid ailələrinə 20 milyon dollar məbləğində təzminat ödəməyə hazır olduğunu bildirdi.
Fələstinlilər bu razılaşmanı birmənalı qarşılamayıblar. Onlar Qəzzanın blokadası tam qaldırılmayacağınadək İsrail rejimi lə əlaqələrin yolverilməzliyini vurğulayırlar. Onlar bu rejimlə olan hər hansı normal münasibətlərin onların humanist imicinin formalaşmasına yardım etdiyini bildirirlər.
Türkiyə və İsrail rejimi arasında münasibətlərin yaxşılaşdırılmasına dair razılaşma barəsində bu gün daha çox müzakirə edilən və araşdırılan məsələ, bu razılaşmanın nə qədər işlək və davamlı olması, yaşama gücünün nə qədər olmasıdır.
Bu barədə Tel-Əvivdən olan siyasi şərhçi Daniel Nisman danışarkən bildirir ki, İsrail rejimi Türkiyədən gözləyir ki, o Həmasa olan xüsusu təsir gücündən istifadə edərək, onun Qəzzada fəaliyyətlərinin münaqişə tipli deyil, diplomatik şəkildə olmasına diqqət edəcək.
Sionist rejimdən olan şərhçinin türkiyəli həmkarı Sinan Ülgən də onunla razılaşır və deyir ki, Türkiyə hökuməti bu məsələdə bir az səy göstərməli olacaqdır.
Nisman deyir ki, blokadanın götürülməsindən heç bir söz gedə bilməz. Əgər söhbət blokadanın qurudan götürülməsindən gedirsə, elə indi də Qəzzaya yardım edən yük maşınları sərhəd məntəqələrində növbəyə düzülmüşlər və Türkiyənin də yardımları bu maşınların sırasına qoşulacaq. Dənizdən isə blokada qətiyyən götürülməyəcək. İsrail rejimi belə bir öhdəçilik götürməmişdir.
Türkiyəli araşdırmaçı Selin Nasi yazır ki, Türkiyənin yardımları İsrail rejiminə məxsus Aşdod limanından keçməklə daxil olacaqdır ki, bu əslində 6 il əvvəl “Mavi Marmara”dan tələb olunan idi. Yəni Türkiyə yeni bir şeyə nail olmamışdır.
İsrail rejiminin ekperti bu razılaşmaya İsrail rejiminin təhlükəsizliyinin təminatı kimi baxır. Ona görə anlaşma bir tərəfdən Həmasın fəlaiyyətlərinin nəzarətə alınmasına yönəlikdir, digər tətrəfdən isə İsrail rejiminin regionda möhkəmləməsi üçün fövqəladə əhəmiyyətlidir .
Razılaşma iki ölkə arasında qaz ixracı məsələsinə dair əməkdaşlığı da nəzərdə tutur. Razılaşmanın iqtisadi punktlarla möhkəmləndirilməyə çalışması düşünməyə əsas verir ki, razılaşmanın davamlı olması mümkündür.
Həmas fəaliyyətələrinin Türkiyə tərəfindən deyilən şəkildə idarə olunması Türkiyənin Fələstin azadlıq hərəkatına müsbət töhfə verə bilmə imkanlarının nə qədər real olduğu barədə düşünməyə sövq edir.
İsrail rejimli ekspert Həmasın daha aktiv qanadının Türkiyədən deyil, İrandan bəhrələndiyini bildirir. Əgər belədirsə, Türkiyənin İran və İsrail rejimi arasında bu məsələyə dair yeri nə olacaq? Ümumiyyətlə bu gün Türkiyəni yeri haradadır? İran dövlətinin yanındamı? Əksinəmi?
Sazişlə bağlı yazılarada qeyd olunan məsələlərdən biri də Türkiyənin əvvəllər tutmuş olduğu xarici siyasət kursundan, ideologiyadan geri çəkilərək daha “praqmatik” kurs götürməsidir və bu xüsusi vurğu ilə göstərilir və bu hal alqışlanılır.
Türkiyənin “realpolitik”ə qayıtdığı da deyilir.
Realpolitik Qərb siyasi məktəbinin məhsulu olan xarici siyasət nəzəriyyəsidir və o, dövlətin beynəlxalq arenada tutduğu mövqeyinin onun qüdrət amillərinin hesablanması ilə - burada iqtisadi, hərbi faktorlar əsas götürülür – formalaşdırılmasına üstünlük verməsini nəzərdə tutur. Burada mənəvi faktorlar demək olar ki, nəzərə alınmır.
Realpolitik Türkiyənin də aid olduğu Qərb dövlətləri və ABŞ siyasi düşərgəsinin qəbul etdiyi və icra etdiyi siyasi xətdir.
Türkiyənin indi ona yenidən qayıtması bir müddət ondan uzaq olması anlamına gəlir.
Əgər məsələyə tək Türkiyə və İsrail rejimi səviyyəsində deyil, daha geniş baxarıqsa, görərik ki, Sovetlərin aradan getməsi ilə dünyanın digər hegemonu olan ABŞ üçün yeni bir siyasi reallıq meydana gəlmişdir. O, dünyanın tək hegemon dövləti qalmışdır. Amma bu hegemonluq uzun çəkməyə bilər. Çünki digər dövlətlərin güclənməsi baş verəcəkdir. Ona gorə ABŞ hər hansı yeni dünya düzəninə daxil olmadan qabaq, onun üçün mövcud olan uğurlu statusu qoruyub saxlamağa çalışacaqdır. Və bu əgər realpolitik vasitəsilə ediləcəkdirsə, məqsədə çatmaq üçün bütün vasitələrə - onlar istər yaxşı olsun, istər pis - əl atacağı gözləniləndir.
Kristofer Layne "The unipolar illusion: Why new great powers will rise" (Yeni güclü dovlətlər niyə baş qaldıracaq) adlı elmi məqaləsində yazır ki, hegemon yeni qüdrətli dövlətlər şəklində çıxacaq əks qüvvənin baş qaldırmasına səbəb olacaq. Bir dövlətin hegemonluğuna əsaslanan unipolyar sistemlərin mahiyyətində ölüm toxumu artlq ona görə var ki, bu sistem üçün xarakterik olan hegemonun tarazlaşdırılmamış qüvvəsi yeni qüdrətli dövlətin və ya bir neçə belə dövlətlərin meydana gəlməsi üçün əlverişli şərait yaradır. Yeni dövlətlərin sistemə daxil olması hegemonun müvafiq qüvvəsini, üstünlüyüni nəticə etibari ilə aşılayır.
Layne göstırir ki, qüdrətli dövlətlərə çevrilmək ərəfəsində olan "namizəd dövlətlər "hegemonun məramının xoş və ya bəd olmasından asılı olmayaraq, davranmağa, daha doğrusu ona qarşı yönəlmiş fəəaliyyətə meyillidirlər. Çünki onların başlıca qayğısı mövcudluq və deməli, təhlükəsizliklə bağlıdır.
Sovet təhlukəsi aradan getmişdir. Bu təhlükə qarşısında birləşmiş dövlətlər bu təhlükə arada getdikdən sonra birgə addımlamağa ehtiyac duymurlar.
Bu dövlətləri bir yerdə saxlayan iqtisadi maraqların təbiətində dəyişiklik baş vermişdir. Bir çox dövlətlər iqtisadi cəhətdən güclənmişdir. Digər tərəfdən dünyada xalqların özünü dərki prosesi sürətlənmişdir və onlar daha çox aid olduqları mənəvi məsələlər üzrə təmərküzləşməyə başlamışlar.
Mövcud olan sistem daxilində iqtisadi və siyasi ədalətsizliklər və narazılıqlar baş verməkdədir və bu, sistemin süqutunu sürətləndirir.
Bu gün terrorizmin də mahiyyəti dəyişmişdir. Terror dövlətlər tərəfindən onların siyasi xətlərini irəlilətmək üçün bir alətə çevrilmişdir.
Türkiyə-İsrail rejimi münasibətlərinə qayıtsaq, bu iki dövlətin beynəlxalq münasibətlər sistemində yerinə nəzər salsaq və sistemdə baş verən dəyişikliklər çərçivəsində onlara baxsaq, bir çox məsələlər aydın olar.
Hər ikisi ABŞ-ın yaxın müttəfiqidir, yəni onunla eyni siyasi sistemə, düşərgəyə aiddir. Amma son 6 ildə bu ikisi arasında münasibətlər son dərəcə pis həddə olmuşdur.
ABŞ prezidenti Obama münasibətlərin yaxşılaşdırılması üçün çox səy etmişdi və bu gün Türkiyə ilə İsrail rejimi arasında olan yaxınlaşma son iki ildə davam etmiş danışıqların nəticəsidir. Və demək olar ki, yalnız danışıqların deyil. ABŞ “realpolitik”inin sərt davranışları hətta onun dostlarına belə sirayət etmişdir.
Türkiyənin də bu məsələləri nəzərə almadan fəaliyyət göstərəcəyini düşünmək düzgün olmazdı.
Bu yaxınlarda Türkiyədə Türkiyə silahlı qüvvələrinə aid bir qrup dövlət çevrilişi etməyə cəhd etmiş və bu cəhd uğursuz olmuşdur.
Türkiyə prezidenti Ərdoğan baş verənləri onun hakimiətinə qarşı olan və ABŞ-da məskunlaşmış Fətullah Gülənin paralel hakimiyyəti tərəfindən hazırlanmış olduğunu bildirmişdir.
Ərdoğan Türkiyə xalqına müraciət edərək, onlardan meydanlara axışmasını istəmişdir və xalq diplomatiyasının köməyi ilə dövlət çevrilişinə sui-qəsd aradan aparılmışdır.
Hadisələr barəsində şərhlər indi çoxdur, amma vəziyyəti zaman irəlilədikcə daha düzgün qiymətləndirmək mümkün olacaqdır.
Bir məsələ aydındır ki, Türkiyədə baş verənlərin onun siyasi həyatında son dövrlərdə baş vermiş məsələlərlə birbaşa əlaqəsi vardır və onlar Türkiyənin aid olduğu siyasi düşərgənin daxilində baş verən sıxıntılardan irəli gəlmişdir.
/Dəyərlər/