Qatil Şimon Peresin cinayətləri
-
Şimon Peres
Qatil Şimon Peresin cinayətləri
Sionist İsrail rejiminin xəbər mənbələri rejimin sabiq prezidenti Şimon Peresin beyninə qansızması nəticəsində düşdüyü iki həftəlik komadan sonra dünyasını dəyişdiyini xəbər verib.
"İsrail News 60" qəzetinin yazdığı xəbərə əsasən, Sheba Tibb Mərkəzi Peresin ölüm saatını yerli vaxtla saat 03:40 olaraq açıqlayıb. Mearyu qəzeti isə mövzu ilə əlaqədar olaraq, sionist İsrail rejimi rəsmilərinin dəfn mərasimi üçün hazırlıqlara başladığını yazıb.
Şimon Peresin ölüm xəbərinin ilkin olaraq açıqlanmasından bir neçə saat sonra, sionist İsrail rejiminin baş naziri Binyamin Netanyahunun Nazirlər Kabinetində Şimon Peresin ölümü münasibətilə xüsusi iclas keçirəcəyi gözlənilir.
Sentyabrın 30-da işğal olunmuş Fələstin torpaqlarında Şimon Peres üçün dəfn mərasimi keçiriləcəyi söylənilir. Xəbər mənbələri tərəfindən bu mərasimə Barak Obamanın da qatılacağı bildirilib.
Şimon Peresin cinayətləri
Əsl adı Szimon Perske olan Şimon 1923-cü ilin avqustun 12-də Vişneva şəhərində dünyaya gəlib. Peresin ana və atası 1932-ci ildə Fələstinə köçüb. Peres 1947-ci ildə silah alınması üzrə məsul kimi Haqana terror təşkilatına üzv olub. Bu təşkilatın məqsədi Fələstin ərəblərinə hücum emək idi. Bu terror təşkilatı müsəlmanlara qarşı silahlı hücumlar təşkil etmiş və sionist məskunlaşma əməliyyatlarına qoşularaq, sionistlərin işğal altındakı torpaqlarda məskunlaşmalara kömək etmişdir. Haqana bundan başqa, 1936-ci ildə ərəb inqilabı müddətində Böyük Britaniya ilə əməkdaşlıq etdi və 1931-ci ildə təşkilatın bəzi üzvləri ilə birlikdə Bitad üzvlərinin də köməyilə Arqun terror təşkilatını qurdu. Arqunun sionist rejimin yaradılması və Fələstin xalqının qətlə yetirilməsi və evlərindən çıxarılmasında böyük rolu olub. Peres sonrakı illərdə bir çox hərbi vəzifələri icra edib və bu müddət ərzində Fələstin xalqının sionist İsrail rejimi tərəfindən öldürülməsində qabaqcıl şəxslərdən olub. Peres ciddi səy göstərərək, sionist İsrail rejiminin atom bombası və kütləvi qırğın silahlarına malik olmasını təmin edib.
Peres 1987-ci ildə Fələstindəki 1-ci İntifadanı sərt bir şəkildə yatıran və dövrün baş naziri Ariel Şaronun fələstinliləri yatırmaq üçün "Dəmir yumuruq" hərbi siyasətini dəstəkləyən insan idi.
Şimon Peres işğal altındakı Fələstin torpaqlarına sionistlərin qanunsuz şəkildə yerləşdirilməsi üçün çox səy edib.
Peres 1982-ci ildə sionist İsrail rejiminin Livana etdiyi hücumun ən böyük dəstəkçisi kimi tanınır. Bu müharibədə 20 mindən çox mülki vətəndaş həlak olub.
Peres sionist İsrail rejiminin baş naziri olduğu dövrdə 1996 ildə Livan qüvvələrinə qarşı "Qəzəb üzümləri" adlı əməliyyatı başladıb. Bu döyüşdə törədilən faciələrdən biri sionist İsrail rejiminin Livanın cənubunda yerləşən Qana qaçqın düşərgəsinə etdiyi hücumdur. 800 mülki vətəndaşın olduğu bu düşərgə sionist İsrail rejiminin ordusu tərəfindən hədəfə alınmışdı. Hücumda 200-dən çox mülki vətəndaş yaralanmış və ya ölmüşdü. Sionist İsrail rejimi tərəfindən verilən bəyanatda, bu hücumun şüurlu olaraq keçirildiyi təkzib olunsa da, ancaq bir neçə ay sonra beynəlxalq tədqiqatlar bu təcavüzün səhvən keçirilməsinin qeyri-mümkün olduğunu vurğuladılar. Hadisə ilə bağlı yayılanan videoda sionist İsrail rejiminə məxsus bir pilotsuz kəşfiyyat təyyarəsinin şəhərciyin videosunu çəkdiyini göstərir.
Peres bu hücumun məntiq və rəsmilərin səlahiyyəti əsasında edildiyini iddia etməsindən sonra, özünə "Qana cəlladı" ləqəbini qazandı.
Peresin baş nazir olduğu dövrdə sionist İsrail rejiminin ordusu 2008-ci ildə Qəzzada HƏMAS-ı məhv etmək məqsədilə "Serb Kedahte" əməliyyatını başladı və bu əməliyyat da yenə yüzlərlə qadın və uşağın həlak olması ilə nəticələndi. Peres bütün bu cinayətlər qarşısında heç vaxt üzr istəmədi.
Sionist İsrail rejiminin sabiq prezidenti İranın nüvə enerjisi məsələsində də açıqlamalar vermiş və İranı hədələmək məqsədilə bu ifadələri işlətmişdi: "Mən İrana hərbi əməliyyat keçirilməsinin əleyhinəyəm, ancaq ən qısa bir müddətdə İrana qarşı sərt sanksiyaların tətbiqi üçün beynəlxalq bir qərar çıxarılmalıdır".
Şimon Peresin baş nazir olduğu dövrdə sionist İsrail rejiminin ordusunun xüsusi qoşunları 2010-cu ildə Türkiyədən Qəzzaya humanitar yardım aparan Mavi Mərmərə gəmisinə hücum etmiş və hadisədə 9 türkiyəli insan haqları fəalı həlak olmuş və 60 fəal da yaralanmışdı.