İyun 08, 2025 13:31 Asia/Baku
  • Avropa Parlamentinin 200 üzvü Madeleine gəmisini dəstələyib

Xəbər mənbələri bildiriblər ki, Avropa Parlamentinin 200-dən çox üzvü Qəzzəyə yardım aparan Madeleine gəmisinin təhlükəsiz keçməsinə icazə verilməsini tələb ediblər.

Əl-Cəzirənin məlumatına görə, Avropa Parlamentinin üzvləri bir açıq məktubda Qəzzə zolağına tətbiq edilən bokadanı yarmaq və sionist rejimin hücumları altında aclıqdan əziyyət çəkən fələstinlilərə humanitar yardım çatdırmaq məqsədilə Qəzzəyə yola düşmüş “Madeleine” gəmisinə təhlükəsiz keçid tələb ediblər.  

Gəmidə olan Avropa Parlamentinin fransalı üzvü Rima Hassan öz X hesabında Avropa Parlamentinin 200-dən çox üzvünün imzaladığı açıq məktubu paylaşıb.

Nümayəndələr məktubda Qəzzəyə yardım çatdırmaq üçün yola çıxan Azadlıq Donanması Koalisiyasına məxsus Madeleine gəmisinin sərnişinlərinin təhlükəsizliyinin təmin edilməsini, gəminin Qəzzəyə təhlükəsiz və maneəsiz keçidinin təmin edilməsini və humanitar yardımların dərhal əraziyə daxil olmasına icazə verilməsini tələb ediblər.