Bəzi dünya başçılarının Vyana müzakirələrinin nailiyyəti haqda fikirləri
İyul 16, 2015 14:10 Asia/Baku
İranın nüvə proqramı barədə Vyana müzakirələrinin rəsmi nəticələrinin elan olunmasının ardınca dünyanın bir çox rəsmisi bu nailiyyəti alqışlayıb.
IRNA-nın məlumatına görə, İngiltərənin baş naziri Devid Kameroon bir bəyanatda İran ilə 5+1 qrupu arasındakı razılaşmanı alqışlayaraq, bu nəticənin əldə olunması üçün yorulmaz səylər göstərmiş kəslərə hörmət ifadə edib və onu tarixi bir razılaşma adlandırıb.
Avropa Parlamentinin sədri Martin Şulter də bir bəyanatda İran ilə 5+1 qrupu arasındakı nüvə müzakirələrinin nəticəsini İran ilə dünya ictimaiyyəti arasındakı əlaqələrdə yeni nöqtə adlandırıb.
İtaliya prezidenti Sercio Matarla da nüvə müzakirələrinin yekun nəticəsini alqışlayaraq, ümidvarlıq edib ki, bu nəticə bütün regionda müsbət təsirlərə malik olmuş olacaq.
İraq prezidenti Fuad Məsum İran-5+1 nüvə nəticəsini təbrik edərək, deyib: Bu, bizim, region ölkələri və beynəlxalq ictimaiyyət üçün bir nailiyyətdir.
Ərəb Liqasının sabiq baş katibi Əmr Musa da İran ilə 5+1 qrupu arasındakı nüvə nailiyyətini Yaxın Şərq regionunun nüvə silahlarından təmizlənməsi üçün mühüm addım adlandırıb
Belarus Xarici İşlər Nazirliyi bir bəyanat yayaraq, İran ilə 5+1 qrupu arasındakı nüvə müzakirələrinin nəticəsini alqışlayıb.
Almaniya, Fransa, Belarus, İspaniya, Türkiyə, Pakistan, Əfqanıstan, Tacikistan, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Livan, Yaponiya, Hindistan və Filippinin dövlət başçıları, eləcə də NATO-nun baş katibi də İran ilə 5+1 qrupu arasındakı nüvə müzakirələrinin nəticəsini alqışlayıblar.