Noy 08, 2015 19:13 Asia/Baku
  • Sabit Bağırov: “Səudiyyənin nefti daha ucuz təklif etməyində İran amili mühüm rol oynayır”
    Sabit Bağırov: “Səudiyyənin nefti daha ucuz təklif etməyində İran amili mühüm rol oynayır”

İran üzərindən sanksiyaların götrülməsi dünya neft bazarına çox ciddi təsir edəcək.

İran həm hasilat, həm də ixracatı artırması nəticəsində dünya bazarında təklif tələbatı üstələyəcək. Nəzərə alsaq ki, sanksiyalara qədər İranın bir çox Avropa ölkələrinə neft satırdı, onda bu münasibətlərin bərpa olunacağı istisna olunmur. Bu baxımdan bir çox neft istehsal edən ölkələr bu tendensiyaları nəzərdən qaçırmır. Belə ki, Səudiyyə Ərəbistanı bu ilin dekabr ayından Avropa ölkələri və ABŞ üçün neftin bütün növlərinin qiymətini ucuzlaşdıracaq. Bu proseslə bağlı fikirlərini bölüşən ekspertlər bu addımların kökündə İran amilinin dayandığını istisna etmirlər. Artıq Səudiyyə Ərəbistanı anlayır ki, İran bazara daxil olsa öz neftini təqdim etmək və yeni müştərilər qazanmaq üçün nefti nisbətən ucuz qiymətə təqdim edəcək. Bu baxımdan Səudiyyə Ərəbistanı qabaqlayıcı addımlar atmağa məcbur olub.

Mövzu ilə bağlı Deyerler.org-la fikirlərini bölüşərkən iqtisadçı ekspert Sabit Bağırov deyib ki, Səudiyyə Ərəbistanı neftin qiymətinin artırlmasına tələsmir: “Səudiyyə Ərəbistanı neftin qiymətini artırmaq prosesində addımlar atmaq istəməməsi anlaşılandır. İranın dünya neft bazarına daxil olması ilə bağlı Səudiyyə Ərəbistanı da qiymətlərin qaldırlmasına tələsmir. Səudiyyə Avropaya ucuz qiymətə neft təklif etməklə müştəriləri əlindən çıxartmaq istəmir”.

/Dəyərlər/

Teqlər