“NATO Qərbin maraqlarını təmin etmək üçün dəyənək rolunu oynayır”
Zərdüşt Əlizadə: “NATO Qərbin maraqlarını təmin etmək üçün dəyənək rolunu oynayır”
NATO baş katibi Yens Stoltenberq bəyan edib ki, alyans münaqişələrə mane olmaq üçün və təcavüzkarın hücumunun qarşısında durmaq üçün hərbi potensialını artırır. Stoltenberq qeyd edib ki, NATO güclü olsa müharibə və təcavüzkarın qarşısını ala biləcək. "Biz müharibə etmək istəyimizə görə, güclü olmaq istəmirik. Əksinə, biz müharibənin qarşısını almaq üçün güclənmək niyyətindəyik", - deyə Stoltenberq Davos forumunda etdiyi çıxışda qeyd edib.
Politoloq Zәrdüşt Әlizadә deyib ki, Yens Stoltenberq elə düşünür ki, onu dinləyənlər dünyadan bixəbərdirlər: “Əgər doğrudan da NTO sülh naminə fəaliyyət göstəridisə onda İrqada, Bosniyada, Əfqanıstanda nə edirdi? NATO Qərb ölkələrinin iqtisadi maraqlarını təmin etmək üçün dəyənək rolunu oynayır. Dünyada elə bir qüvvə yoxdur ki, Avropaya və ya ABŞ-a hücum edə bilsin. Amma ABŞ bütün dünyaya hücum edir. NATO - Qərb dünyasının dünyaya ağalıq alətidir”.
/Deyerler.org/