Rusiya BMT TŞ-də Fransanın Suriyaya ilə bağlı qətnaməsini bloklayıb
https://azeri.sahartv.ir/radio/radio_siyasət-i238865-rusiya_bmt_tŞ_də_fransanın_suriyaya_ilə_bağlı_qətnaməsini_bloklayıb
Rusiya BMT TŞ-də Fransanın Suriyaya ilə bağlı qətnaməsini bloklayıb
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 09, 2016 10:50 Asia/Baku
  • Rusiya BMT TŞ-də Fransanın Suriyaya ilə bağlı qətnaməsini bloklayıb

Rusiya BMT TŞ-də Fransanın Suriyaya ilə bağlı qətnaməsini bloklayıb

Rusiya BMT TŞ-də Fransanın Suriyanın Hələb şəhərində atəşkəsin tətbiq olunması ilə bağlı qətnaməsini bloklayıb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, TŞ-nin 11 üzvü sənədi dəstəkləyib, iki nəfər “əleyhinə”, daha iki nəfər isə “bitərəf” olub.

 

BMT TŞ-nin beş üzvündən biri olan Rusiya veto hüququndan istifadə edərək qətnamə layihəsini bloklayıb.

 

Fransanın təklif etdiyi qətnamə layihəsi bütün tərəflərin dərhal hava zərbələrinə son qoymağı və Hələb üzərindən hərbi təyyarələrin uçuşlarını dayandırmağı tələb edir. Sənəd, həmçinin, Suriyada atəşkəs rejiminin dərhal tətbiq edilməsini və humanitar yardımların təhlükəsiz çatdırılmasının təmin edilməsini, habelə, “Əl-Qaidə” və İŞİD-lə əlaqəli şəxslərin maliyyələşdirilməsinin qarşısının alınmasını tələb edir.