İran Xarici İşlər Nazirliyinin müvəqqəti rəhbəri beynəlxalq ictimaiyyətə səsləndi:
Avq 12, 2024 12:12 Asia/Baku
“Cəzasızlıq sionist rejimi cinayət törətməyə həvəsləndirib”
İran Xarici İşlər Naziri vəzifəsini icra edən Əli Baqiri Kəni bəyan edib ki, sionist rejimin “cəzasızlığı” onun cinayət törətmək ehtimalını artırıb.
Baqiri Kəni qeyd edib ki, İslam ölkələrinin birgə və koordinasiyalı bir hərəkətlə Fələstin xalqına əməli dəstək verərək Qəzzədə fələstinlilərin soyqırımını dayandırması zəruridir.
O, həmçinin X sosial şəbəkəsindəki paylaşımında qeyd edib: “Belçikanın xarici işlər naziri ilə telefon danışığında sionist rejimin dinc əhalini, uşaqları və qadınları kütləvi şəkildə qətlə yetirməklə bəşər cəmiyyətində yeni vəhşiliklər nümayiş etdirdiyini vurğuladım”.