Yan 30, 2016 14:24 Asia/Baku
  • Yer kürəsinin fırlanması və dairəvi şəkildə olması

Yasin surəsinin mübarək ayələri Qurani-Kərimin elmi möcüzələrindən biridir.

Ptolomey İslamdan əvvəlki xristiyan dünyasında yaşamışdır. O, dini və elmi ictimaiyyət için – də batil və əsassız bir fikir və əqidəni irəli sürürdü və onu əsaslandırmaq üçün xristyanlığın dini inanclarından da istifadə edirdi. İddia edirdi ki, Yer kürəsi və bütün ulduzlar sabitdirlər, hərəkətsizdirlər və yerdəyiş- mədən məhrumdurlar. Təəssüf ki, bu fikir kilsə və onun başında dayanan Papa tərəfindən də qəbul edilmişdi: beləliklə, Yer kürəsinin sabit, hərəkətsiz olması fikri xristianların əqidələrində və dini inanclarında özünə yer tutdu və bu nəzəriyyə hamıya, hətta alimlərə və astranomiya elmi mütəxəssislərinə də qəbul etdirildi.
Ancaq iki alim kilsənin bu əqidəsinə qarşı çıxdı: Cənab Cordano Bruno kilsənin bu fikrinə müxalif olduğu üçün yandırıldı və cənab Qalileo Qaliley də kilsənin çox sərt və qəzəbli münasibətilə qarşılaşdı və Yer kürəsinin, ulduzların hərəkətdə olduğunu və günəşin öz oxu ətrafında fırlandığını iddia etməsi üzündən kilsə tərəfindən rəsmi surətdə mühakimə olundu. Qalileyin ciddi müqaviməti ilə qarşılaşdıqda onu edama məhkum etdilər. Alim axırda çarəsiz qalıb yazılı şəkildə tövbə etdi və özünün Yer kürəsinin hərəkət etdiyi və günəşin öz oxu ətrafında fırlandığı haqqındakı fikirlərindən əl çəkdi.
Nəql edirlər ki, Qaliley kilsə məhkəməsinin salonundan çıxarkən, ayağını yerə vurub astaca dedi: “Ey Yer kürəsi, sən şahid ol ki, hərəkət edirsən və gələcək nəsillər buna şahid duracaqlar. Amma nə edim ki, kilsə və onun başında dayananlar sənin hərəkət etdiyini sübuta yetirməyə mənə icazə vermədilər”.
İslam elə bir şəraitdə, dövrdə və məkanda zühur edənə qədər kilsənin xurafatla dolu düşüncəsi və xristian alimlərinin elmə və biliyə qarşı apardıqları mübarizə davam etdi.
Quran və Peyğəmbəri – Əkrəm (s) elmin tibb, riyaziyyat, səhiyyə, as- trologiya və astronomiya kimi müxtəlif sahələrinin inkişafına səbəb oldu.
Müxtəlif sahələrdə elmin inkişafı və yayılması üçün münasib zəminlərin yaranması İslamın zühurunun və şəxsən Peyğəmbəri – Əkrəmin (s) fəaliyyətinin nəticələrindəndir. O zamandan etibarən fikir və düşüncə sahibləri – alimlər yetişdilər: Əbu Reyhan Biruni, Xacə Nəsrəd- din Tusi, Məhəmməd Zəkəriyyə Razi, Əbülhakim Məhəmməd bin
Əbdülmüttəlib Salehi Xarəzmi, Əbülhəsən Əhvazi, Cabir bin Həyyan, Həkim Xəyyami və yüzlərlə digər alimlər meydana gəldilər.
Allah-Təala Qurani-Kərimdə buyurur:
“(O gün) dağlara baxıb onları donmuş (hərəkətsiz durmuş) zənn edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər!”. (Nəml surəsi, ayə 88)
Bu ayə və ondakı düşüncələr astrologiya və astronomiya elmində yeni fikirlərin meydana gəlməsinə səbəb oldu, alimlərin elmi nəticələr əldə etmək üçün göstərdiyi səylər bəşəriyyətin üzünə elmin işıqlı pəncərələrini açdı.
“Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır? Göyə baxmırlar ki, necə ucaldılmışdır? Dağlara baxmırlar ki, necə dikəldilmişdir? Və yerə baxmırlar ki, necə döşədilmişdir?”. (Ğaşiyə surəsi, ayə 17-20)
Quran buyurur:
“Sizin özünüzdə də (sizi yaradanın birliyini sübut edən) əlamətlər vardır. Məgər görmürsünüz?”. (Zariyyat, 21)
Müsəlman o kəsdir ki, dünyaya və varlığa ibrət gözü ilə baxır, dərin elmi baxışla hər şeyi təhlil və analiz edir. Müsəlman dünyəvi və nəfsani dünyagörüşünə malik olmalıdır ki, Quran insanı bunlara dəvət edir.
Astrologiya və astronomiya elmləri ulduzların və Yer kürəsinin fırlanması üçün üç cür hərəkət müəyyən etmişlər.
1. Dövretmə hərəkəti. Yer kürəsi hər 23 saat 53 dəqiqə və neçə saniyə ərzində bir dəfə öz oxu ətrafında fırlanır və bunun nəticəsində gecə-gündüz əmələ gəlir.
2. Keçid hərəkəti. Yəni Yer kürəsi öz oxu ətrafında fırlanmasını göstərən dövretmə hərəkətindən əlavə, 364 gün neçə saat ərzində bir dəfə günəş ətrafında fırlanır ki, bunun nəticəsində də dörd fəsil yaranır.
ildə bir dəfə bütün digər kürələr arasında, onlarla birlikdə Günəş ətrafında fırlanmaqdan əlavə, eyni zamanda yer kürəsi, digər kürələr və Günəº – bunların hamısı bir yerdə sonsuzluğa doğru hərəkət edirlər.
Astologiya və astronomiya elminə aid bu ayələrə toxunmaqla və Yer kürəsi üçün üç növ hərəkətin mövcud olduğunu sübut edən bu fikri bəyan etməklə mən nə demək istəyirəm? Deyirəm ki, insan yerin övladıdır. Torpaq və Yer kürəsi insanın anasıdır. Kamil və nəcib insan isə o kəsdir ki, öz anası kimi həmişə və hər bir vəziyyətdə üç cür hərəkət edir; öz ətrafında hərəkət, öz ictimai mühitində hərəkət və sonsuzluğa doğru hərəkət.

Müəllif: Seyyid Əliəkbər Ocaq Nejad

/zəhra-yolu.


Teqlər