Apr 01, 2016 20:40 Asia/Baku
  • Axırəz-zamanda rabitə vasitələrinin xüsusiyyətləri

Axırəz-zamanda rabitə vasitələrinin xüsusiyyətləri

 tərzinə nəzər salan zaman, ictimai rabitə vasitələrinin daha çox lənətlik şeytana qulluq etdiyinin şahidi oluruq. Bizim yaşadığımız dövrdə də bu həyat tərzinin əlamətlərini görmək olar. Onları araşdıraq. Onun xeyir və şər tərəflərini görməyə çalışaq. (Tebyan)

Bu rabitə vasitələrinin ümumi xüsusiyyətlərinə bir nəzər salaq:

 

- İffət və nəcabət hissini aradan aparar. Axırəz-zaman haqqında gələn hədisdə oxuyuruq: “Qadınlar o zamanda hicabsız, özlərini nümayiş etdirən olacaqlar. Onlar sürətlə ləzzətlərə tərəf üz tutarlar”.

- Cəmiyyətdə batil və fəsadı yaymaq üçün tələlər artar. Hədisdə oxuyuruq: “İnsanlar günah etmək üçün qardaşlıq əhdi bağlayarlar, bəzilərinin dindarlığı başqalarından inzivaya çəkilməsinə səbəb olar. Yalan deyərək əziz və sevimli olarlar. Məhəbbət ancaq dillərdə işlənər. İnsanların ürəyində bir-birindən kin vardır”.

 

- Əxlaqa zidd rəftarları yayar. Hədisdə oxuyuruq: “Onların cavanları pis əxlaqlı olar. Hər kim bu insanlarla qarışar, günahkar olar. Kiçiklər böyüklərə hörmət etməzlər. Zənginlər yoxsullara geyim verməzlər (himayə etməzlər)”.

- Əxlaq fəsadlarını yerinə yetirməkdə rəqabət yaradır. “O ruzigarda görərsən ki, bir insan gününü keçirəndən sonra böyük günahlar olan əxlaqsızlıq, fırıldaq, harama düçar olmağı yerinə yetirməzsə, narahat və qəmgin olar. Güman edər ki, həmin gün ömründən tələf olmuşdur”.

- İnsanlar arasında təkəbbürü yayar. “O zaman insanlar bir-birindən nəsəblərinə və sərvətlərinə görə üstünlük axtararlar”.

- Sərvəti sevmək və təmtəraqa meyl etmək hissini aşılayar. “Həmin ruzigarda görərsən ki, zənginlər möminlərdən daha əzizdirlər”.

- Xəyanət etmək və verilən sözə sadiq olmamaq hissini yayar. “Əmanətdarlıq az olar, xəyanət çoxalar”.

- Möminləri və dindarları təhqir edər. “Möminləri görərsən ki, zəlil, alçaq hesab olunarlar”.

Bütün bu rəzil sifətlərin yayılmasının səbəbi – elmsizlik və elmi, əhlindən almamağa görədir. Bu haqda Əmirəl-möminin (ə) buyurur:“Ey insanlar! Dinin kamalı – elm istəmək və ona əməl etməkdədir. Elm əhlinin yanında saxlanılar və sizin vəzifəniz budur ki, onu əhlindən istəyəsiniz. Ona görə onu istəyin”.

İmam Sadiq (ə) buyurur: “Hər kim Allah üçün elm öyrənər və ona əməl edər və başqalarına öyrədər – səmanın yüksək məqamlarında deyərlər: “Allah üçün öyrənib, Allah üçün əməl edib, Allah üçün təlim verib””.

Bəli, şeytan yavaş-yavaş biz insanları axırəz-zaman üçün hazırlayır. Gərək diqqətli olaq ki, qəflətə düşüb bu şəbəkələrin qurbanına çevriliməyək.

 

/Deyerler.org/


Teqlər