Sen 13, 2025 17:43 Asia/Baku
  • Vilayəti: Bu addım “şiəliyin ləyaqətinə qarşı” hərəkətdir

Aliməqamlı Rəhbərin müşaviri sionist ravvinlərin Bakıya dəvət olunmasından məyusluq ifadə edərək belə bir hərəkəti qınayıb.

Ali Rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri Əli-Əkbər Vilayəti bu haqda yayılan xəbərləri şiddətlə tənqid edib və noyabr ayının əvvəllərində avropa/yəhudi ravvinlərinin toplantısının keçirilməsi barədə məlumatların doğruluğunu arzulamadığını bildirib. O, bu addımı “anti-islam” və “şiəliyin ləyaqətinə qarşı” hərəkət kimi qiymətləndirib və xəbərdarlıq edib.

Qeyd edək ki, Bakıda sionist ravvinlərin konfransının keçirilməsi barədə çoxsaylı məlumatlar yayılıb. Qeyd olunur ki, 400–500-ə yaxın ravvin dövlət vəsaiti hesabına Azərbaycan Respublikasının paytaxtına gəlməyə hazırlaşır.

Xəbərlərdə deyilir ki, bu məlumatın yayılması müsəlman camiəsində ağır qəzəb yaradıb və bir çoxları bunu ölkənin çoxluqda olan şiələrə qarşı həqarət kimi qiymətləndirir. Xüsusilə də sionistlərin Qəzzədə soyqırımı törətdikləri və bu günlərdə Qətəri bombardman etmələri ilə yanaşı Türkiyəni təhdid etdikləri bir vaxtda onların dini təbliğatçılarının müsəlman Azərbaycanda bir araya gəlməsi İsrailin İslam Dünyasına qarşı ideoloji hücumu kimi təhlil olunmaqdadır. Halbuki İslam ölkələrinin artıq öz seçmlərini etmələrinin vaxtı gəlib çatmışdır. Bu məqsədlə sionistlərin üzünə bütün qapıların bağılanması və cinayətkar rejimin, eləcə də onun ravvin adı altında fəaliyyət göstərən anti-İslam mənsublarının boykot edilməsi bütün müsəlmanların dini və həm də insani borcudur.