Qeybət etməyin stimulları nədir?
Qeybət etməyin stimulları nədir?
İnsan yaxşı bilir ki, bir işi görmək üçün ona stimul lazımdır. Bəs iyrənc əməl olan qeybətin stimulu nədir?
Qeybətin stimulu çoxdur. Həqiqətdə insan bu stimulların vasitəsilə həmin işi görməyə həvəslənir.
Bu stimulları tanıyaq:
1. Qəzəbi yatızdırmaq. İnsan o zaman ki, bir başqasına görə möhkəm əsəbiləşər, çalışar ki, bu əsəbini o şəxs haqqında pis sözlər deyərək sakitləşdirsin. Əgər bu sözlər batinində qalarsa, kinə çevrilər və yenə də onun haqqında pis sözlər deməyə səbəb olar. Ona görə də qəzəb və kin insanın qeybət etməsi üçün ən böyük zəminələrdəndir.
2. Dost və yoldaşları ilə söhbət etmək. Bəzən insan elə bir dost məclisində olur ki, bir başqasının qeybətini edirlər. O, belə düşünür ki, əgər bu məclisi tərk etsəm və bu əməli çirkin adlandırsam, hamı məndən qaçacaq və mənə qarşı laqeyd olacaqlar. Ona görə də bu söhbətlərə qulaq asmağa davam edər.
3. Sui-zənn. Bəzən insan belə güman edər ki, qarşı tərəf bir başqasının yanında onun qeybətini edəcəkdir. Ona görə də onu qabaqlayıb, onun haqqında özü pis sözlər deməyə başlayar.
4. İnsanı günahlandıran zaman. Bəzən insana elə bir günahı nisbət verirlər ki, ondan xilas olmaq üçün başqası haqqında qeybət etməli olur. Halbuki, belə halda özünü müdafiə etməli idi, həmin işi yerinə yetirən haqqında qeybət etməməliydi.
5. Lovğalanmaq məqsədilə. Bəzən insan özünü başqalarının yanında daha yüksəkdə göstərmək üçün bir başqasının qeybətini edər.
6. İnsanların bəyəndiyi bir insana həsəd aparan zaman. Həsəd aparan həmin insanı başqalarının gözündən salmaq üçün onun haqqında pis sözlər deməyə başlayar və abrını aparar. Bu yolla insanların o şəxsə qarşı nifrətini qazanmağa çalışar.
7. Zarafat və gülmək məqsədilə. Bəzən insan başqalarını güldürmək üçün insanların abırlarını aparar və onları məsxərə edərlər.
8. İnsanları təhqir etmək üçün. Bəzən insanlar rişxənd vasitəsilə bəzən müəyyən insanların yanında, bəzən də olmayan zaman onların qeybətlərini edərlər. Səbəbi də budur ki, təkəbbürləri üzündən onları təhqir etmək istəyir.
İmam Sadiq (ə) buyurur: “Qeybətin əsli on növdür: 1. Şiddətli qəzəbi müalicə etmək. 2. İnsanlarla birlik olmaq. 3. Töhmət vurmaq. 4. Xəbəri tədqiq etmədən təsdiq etmək. 5. Bədgümanlıq. 6. Həsəd. 7. Rişxənd. 8. Təəccübləndirmək. 9. Darıxmaq. 10. Özünü bəzəmək”.
/Deyerler.org/