Yan 03, 2021 19:02 Asia/Baku
  • ŞƏHİD QASİM SÜLEYMANİ MƏKTƏBİ  -  Ürəklərin generalı

SƏRDAR QASİM SÜLEYMANİNİN ŞƏHADƏTİ VƏ ONUN DUNYA ÇAPINDAKI TƏSİRLƏRİ

 ŞƏHİD QASİM SÜLEYMANİ MƏKTƏBİ

 

Image Caption

 

 

 

 

 

 

Əli Şirazi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Kitabın adı:..Şəhid Qasim Süleymani məktəbi Qələmə alan:   Əli Şirazi

Tərcümə edən:.......................... Vüsal Hüseynov

Çap tarixi:......................................................... 2020

Çap növbəsi................................................. Birinci

Tiraj................................................................... 1000

 

 

 

«Издательство Полипресс»

Тверь, Комсомольский проспект, дом 19.

Тел.: (4822) 58-19-78, 500-250,

 

ISBN 131-26-024519-30

 

 

 

Mündəricat

Ön söz........................................................................... 4

Giriş............................................................................... 7

Tövhid......................................................................... 12

Əsl Məhəmməd (s) İslamına eşq bəsləmək.................. 17

Əhli-beyt sevgisi.......................................................... 25

Mənəviyyat.................................................................. 32

Dünyaya rəğbətsizlik................................................... 38

Mənəviyyatla siyasətin sintezi..................................... 43

Dini vəzifəyə əməl etmək............................................ 46

Rasionallıq................................................................... 50

Xalqın roluna səmimi inam.......................................... 55

Dəyərləri müdafiə........................................................ 61

İctimai ədalət............................................................... 66

Cazibə və dafiə............................................................ 72

Düşməni tanıma........................................................... 80

Qlobal baxış................................................................. 86

Müqavimət.................................................................. 95

Kitab və mütaliə sevgisi............................................ 104

Fədakarlıq və şəhadətsevərlik................................... 111

 

 

 

 

 

 

 

 

 

 

Ön söz

"Hacı Qasim Süleymani bir məktəbdir". Bu cümlə İmam Xameneinin 17 yanvar 2020 tarixli cümə xütbəsindən sonra dillərə düşdü. O buyurmuşdu: "Biz əziz şəhidimiz Hacı Qasim Süleymaniyə bir fərd kimi deyil, bir məktəb kimi baxmalıyıq. Bu əziz şəhidimizi dərs dolu bir məktəb, bir yol kimi görməliyik".

Məktəb sistemli və kompleks görüşlər məcmusudur, verdiyi baxış və proqramlarla bəşəri təkamülə doğru aparır.

Əllamə Mürtəza Mütəhhəri “məktəb” sözünü belə izah edir: "Məktəb ümumi bir nəzəriyyəyə ehtiyaclıdır; əsas məqsədi insanın təkamülü, ümumi xoşbəxtliyin təmini

 

 

olan sistemli və kompleks bir layihəyə. Əsas yol və üsullar, gərəkənlər və gərəkməyənlər, yaxşı və pislər, məqsəd və vasitələr, ehtiyaclar, dərd və dərmanlar, vəzifə və məsuliyyətlər orada müəyyən olur, hamı üçün ilham mənbəyinə çevrilir".1

İslam bir məktəbdir. İslam məktəbi insaniyyətin heyvaniyyət, elmin cəhalət, ədalətin zülm, bərabərliyin ayrıseçkilik, fəzilətin qəbahət, təqvanın özbaşınalıq və tövhidin şirk üzərində qələbə nəzəriyyəsidir. Əziz İslam dini belə bir dünyagörüşüilə universal və realist bir məktəbdir.

Bu məktəbdə bəşəriyyətin bütün dünyəvi, fövqəltəbii, fiziki, mənəvi, əqli, mental, duyğusal, fərdi və ictimai ehtiyacları düşünülmüşdür. İmam Hüseyn (ə) məktəbi, İmam Sadiq (ə) məktəbi, İmam Xomeyni məktəbi bunların hamısı İslam məktəbindən ilham almışdır. Biz İmam Xomeyni məktəbini İmam Hüseyn (ə) məktəbinin bir qolu bilirik. Şəhid Süleymani məktəbi də İmam Xomeyni məktəbinin bir qoludur.

Şəhid Hacı Qasim Süleymani məktəbini başa düşmək üçün əvvəlcə İslam məktəbini öyrənmək lazımdır. Bundan sonra Peyğəmbər (s) və ilahi övliyalar məktəbini, həzrət İmam Hüseyn (ə) məktəbini diqqətlə, dərindən öyrənməliyik. Bu zaman qarşımızda İmam Xomeyni məktəbini görəcəyik. Onu öyrənəndən sonra Şəhid Süleymani məktəbinin parametrlərini cızmaq olar.

 

 
   

 

 

1 Mürtəza M. Əsərlərinin toplusu, c. 2, səh. 53.

 

 

Qeyd etdiklərimizin hamısı bu yazının imkanları xaricindədir. Biz burada əsl Məhəmməd (s) İslamına və İmam Hüseyn (ə) məktəbinə ümumi işarədən sonra İmam Xomeyni məktəbinin xüsusiyyətlərini qeyd edəcək, bu məktəbin hər bir xüsusiyyətini izah edərkən Şəhid Süleymani məktəbinin parametrlərini onunla uyğunlaşdıracağıq. İmam Xomeyni məktəbinin xüsusiyyətlərini izah edərkən İmam Xameneinin fikirlərindən bəhrələnməyə çalışacağıq. Güclü əsaslandırmalarından əlavə, həm də bununla İmam Xamenei məktəbi də açıqlanmış olacaq. Əziz oxucular biləcəklər ki, İslam inqilabının iki imamının şagirdi öz rəhbərlərinin məktəbləri ilə bir sıradadır və bütün parametrləri əsl Məhəmməd (s) İslamına uyğundur.

Qeyd etmək lazımdır ki, yazdığımız xüsusiyyətlər Süleymani məktəbinin bütün xüsusiyyətləri deyil, ən əhəmiyyətli olanlardır. Çünki onun bütün parametrlərini qeyd etmək təxminən imkansızdır.

Parametrləri izah edərkən Şəhid Süleymaninin çıxışlarından sitatlar seçmiş, digərlərinin baxışını da əlavə etmişik ki, oxuculara maraqlı bir kitab təqdim olunsun.

Bu yazı müqavimət cəbhəsinin böyük şəhidinin əzəmətinə dair kitablar toplusuna bir başlanğıcdır.

Ümidvarıq ki, bu kitab əziz oxucuların gözəl tənqidləri ilə daha da təkmilləşəcək, bu məktəbi daha gözəl şəkildə açıqlayacaq və nəticədə, dəyərli şəhidimiz dünyanın indiki və gələcək gənc nəslinə daha cəlbedici nümunə olacaq.

Əli Şirazi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Giriş

İslam məktəbi əxlaqi aksiomlara əsaslanır, ancaq onlarla kifayətlənmir. İslama görə, əxlaqi, yaxşı və ya pis işlərin dəqiq nümunələrini və onların hüdudlarını ilahi vəhy təyin etməlidir. Vəhyə əsaslanması İslam məktəbinin uca əxlaq sisteminin xüsusiyyətidir.

İslam əxlaq sisteminin əsaslandığı dünyagörüşü Allahı varlıqların mənşəyi və yaradanı, insanı da Ona ehtiyaclı, Ondan asılı varlıq kimi təqdim edir.

İslam məktəbinə görə, dəyərin əsası iman və təqvadır, onların arasında səbəb-nəticə əlaqəsi var. İmam Hüseyn (ə) məktəbinin İslam məktəbindən ilham aldığını dedikdə məqsəd budur ki, Aşura imamının məktəbi həmin dünyagörüşü təqdim edir və həmin təməl üzərində proqram verir. Necə ki, İmam Hüseyn (ə) Kufə əhalisinin

 

 

məktublarına cavabda yazırdı: "Allaha and olsun, doğruçu rəhbər və haqlı imam Allahın kitabına əməl edən, ədalət yoluyla gedən, haqqa itaət edən və varlığını Allahın hökmünə qurban verən şəxsdir".1

İmam Xomeyni məktəbinin İmam Hüseyn (ə) məktəbinin bir qolu olduğunu dedikdə məqsəd budur ki, İmam Xomeyninin ümidverici inqilabı şəhidlər ağasının məktəbindən və "xarlıq bizdən uzaqdır" şüarından qaynaqlanmışdır, Aşura inqilabı əsasında formalaşmışdır. Süleymani məktəbinin İmam Xomeyni məktəbinin bir  qolu olduğunu dedikdə məqsəd budur ki, Şəhid Süleymaninin baxışı rəhbəri və mürşidi olmuş Böyük Xomeyninin baxışından qaynaqlanmışdır. Məhz buna görə İmam Xamenei Şəhid Süleymaninin şəhadəti münasibəti ilə 03.01.20 tarixli müraciətində buyurmuşdu: "O, İslamın və İmam Xomeyni məktəbinin dəyərli yetirmələrindən idi".

General-polkovnik Süleymani vəsiyyətnaməsinin əvvəlində yazır: "İlahi! Sənə şükür olsun ki, məni nəsil- nəsil, əsr-əsr saxlayıb elə bir zamanda dünyaya gətirdin ki, ən dəyərli övliyalarından biri olan, məsumlara bənzəyən saleh bəndən Böyük Xomeynini gördüm və ona əsgər oldum".

Bu baxışla İmam Xomeyni məktəbinin dəqiq və əsaslı şərhi Şəhid Süleymani məktəbini öyrənməyə yol açır. İmam Xomeyni məktəbi əsl Məhəmməd (s) İslamı məktəbidir. Bu məktəb özünə təsvir etdiyi çərçivədə qəlb

 

 
 

 

1 İbn Əsir, “əl-Kamil fit-tarix”, c. 3, səh. 267.

 

 

və düşüncələrə yol açdı, qüdrətli və zəngin düşüncə və mənəviyyat ehtiyatları ilə qəlbləri özünə cəzb edə bildi.

İmam Xamenei 04.06.11 tarixində İmam Xomeyninin vəfatının ildönümü mərasimində buyururdu: "Xalqın Böyük İmama sevgisi onun məktəbini qəbul etməsi deməkdir".

İmam Xomeyni məktəbinin belə xüsusiyyətləri vardır:

 

1 İmam Xomeyni onunla yaşayır;

  1. Fəqihin rəhbərliyi onunla davam edir;
  2. İslam respublikası onunla ayaqda durur;
  3. İslam dünyasının ümidi onadır;
  4. İran xalqının müqavimət amilidir;
  5. Bugünkü bəşəriyyətin ehtiyacını təmin edir;
  6. İmperializmi    və    hegemonizmi    məğlub    edən amildir;
  7. İranı istismarçılardan qoruyur;
  8. Dini və ilahi quruluş formalaşdırma səbəbidir;
  9. Bugünkü bəşəriyyətə yeni sözü və yolu var;
  10. Bugünkü dünyada yeni fenomendir, köhnəlmir;
  11. İranı və İslam dünyasını ədalətə, başucalığına və inkişafa aparır.

 

İmam Xamenei 19 may 2004-cü ildə İmam Xomeyninin vəfatının ildönümünün Təşkilat komitəsinin üzvləri ilə görüşdə buyurmuşdu: "İmam Xomeyni bu məktəbi yalnız ümumi səviyyədə və ölkəni idarə etmək üçün irəli sürmədi, şəxsi işləri ilə bu düşüncənin

 

 

xırdalıqlarını bəyan etdi və onlara sadiq olduğunu göstərdi".

İmam Xomeyni yetirməsinin məktəbi də özünün təqdim etdiyi və "əsl İslam" adlandırdığı universal məktəbdir.

Hacı Qasim Süleymani 2019-cu ilin fevralında Kirman şəhərinin Beytüz-Zəhra kompleksində keçirilən həzrət Zəhra əzadarlığının üçüncü axşamında söyləyirdi: "İmam Xomeyni əsl İslam həyatını dirçəltmək şərəfinə nail olmuşdur".

O, əlavə edirdi: "İslam dövləti və İslam respublikası sayəsində yalnız şiəliyi deyil, əsl İslamı da qəriblikdən çıxara bilərik".

O böyük və təqvalı şəhid 2018-ci ilin Bəsic həftəsində Qüds qüvvələrinin toplantısında çıxış edərkən deyirdi: "Dinlə bağlı Qüds qüvvələrinin üzərinə düşən vəzifə Böyük İslam peyğəmbərinin və ondan sonrakı böyük övliyaların missiyasını davam etdirməkdir".

Bu, Şəhid Süleymani məktəbini formalaşdıran, İmam Xomeyni məktəbinə bənzər parametrlər ortaya qoyub bütün xüsusiyyətlərini təqdim edən baxışdır.

Bu baxımdan, Süleymani məktəbi elə bir məktəbdir ki:

  1. Şəhid Süleymani və qızıl şəhadət xətti onda yaşayır;
  2. Fəqihin rəhbərliyi onunla davam edir;
  3. İslam respublikası və müqavimət cəbhəsi onunla ayaqda durur;
  4. İslam dünyasının ümidi onadır;
  5. Qlobal     imperializm      və     sionizm     cəbhəsinin məğlubiyyəti onunla mümkündür;

 

 

  1. Beynəlxalq aləmin və müqavimət cəbhəsinin ona ehtiyacı var;
  2. Vahid    ümmət     və    yeni    İslam     sivilizasiyası formalaşdırmaq onun sayəsində mümkündür;
  3. Müqavimət cəbhəsinin dirənişi onunla mümkündür;
  4. Dünyada yeni fenomendir və köhnəlmir;
  5. Müqavimət cəbhəsini və dünya məzlumlarını ədalətə, başucalığına və inkişafa aparır.

Hacı Qasim Süleymani öz məktəbi ilə Qərbi-Asiyada İŞİD-ABŞ-Sionizm ittifaqının bayrağını endirdi, xəbis və lənətlənmiş soyun hakimiyyətinə son qoydu.

İmam Xamenei 21/11/17 tarixində Süleymaniyə belə yazmışdı: "Bu, yalnız zülmkar və üzüqara İŞİD qruplaşmasına yox, həm də bölgədə vətəndaş müharibəsi yaratmağı, anti-sionist müqaviməti məhv etməyi və müstəqil dövlətləri zəiflətməyi məqsəd seçmiş xəbis siyasətə ağır zərbə vurdu; indiki və öncəki ABŞ hökumətlərinə və onlara bağlı region rejimlərinə zərbə vurdu... Bu ilahi qələbə sizin və döyüş yoldaşlarınızın gecə-gündüz bilmədən apardığınız mübarizənin nəticəsidir".

İmam Xomeyni məktəbi kimi Şəhid Süleymani məktəbinin də dünyaya yeni sözü var, yeni yol təklif edir. Bu gözəl məktəbdə bəşəriyyətin susadığı məsələlər yer alır.

Süleymani məktəbinin bütün parametrləri İmam Xomeyni məktəbində mövcuddur. Biz növbəti bəndlərdə bu parametrlərdən söhbət açacağıq.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

1

Tövhid

 

Tövhid İslamda ən təməl inanc olub Allahı bir və bənzərsiz bilmək, varlıq aləmini yaratmaqda şəriksiz saymaqdır. Əməldə tövhid odur ki, vahid Allahdan başqa heç kimin və heç nəyin qarşısında baş əyməyək və tağuta tabe olmayaq.

İmam Xamenei 04/06/15 tarixində buyurmuşdur: "İmam Xomeyninin düşüncə sistemi mental, ictimai və siyasi bir məktəbin bütün xüsusiyyətlərinə malikdir. Əvvəla, tövhiddən ibarət bir dünyagörüşə əsaslanır. Onun bütün fəaliyyəti, məntiqi İslam düşüncələrinin əsas təməli olan tövhidə əsaslanırdı".

 

 

O, 1995-ci ilin 5 aprelində buyurmuşdur: "Böyük İmam tövhidçi idi, bütün vücudunda tövhid vardı. Onun bütün vücudu Allahı, ilahi əzəmət və qüdrəti qəbul edirdi".

İmam Xomeyni 26 noyabr 1978-ci ildə bir Danimarka qəzetinə müsahibəsində demişdi: "İslam hakimiyyətində proqramımız tövhidə əsaslanır".

1988-ci ilin novruz müraciətində isə belə yazmışdı: "Düzgün tövhid xəttindən başqa nə varsa, bəyənilməzdir".

İmam Xamenei 2012-ci ilin noyabrında buyurmuşdur: "Tövhid Allaha etiqaddan və tağuta küfrdən ibarətdir; Allaha bəndəlik, Allahdan qeyrisinə bəndə olmamaq".

Allah-Taala Nəhl surəsinin 36-cı ayəsində tövhid barədə buyurur: "Allaha ibadət edin və tağutdan çəkinin".

İmam Xamenei 2000-ci ilin noyabrında bu baxışla buyurmuşdur: "Tövhid həm Allahın varlığına etiqaddır, həm də bütlərin, daşların, taxtaların, tanrılıq iddiasında olan, Allahın adını çəkmədən tanrılıq etmək istəyən insanların məbudluğunu, əzəmətini inkar etməkdir".

İmam Xomeyni 1987-ci ildə həcc ziyarətçilərinə müraciətində buyurmuşdu: "Həcdə bəraət1 mübariz insanların mübarizə əhdini yeniləməsi, küfrlə, şirklə, bütpərəstlərlə döyüşü davam etdirmək üçün hazırlıq görməsidir. Bu məsələ şüarla bitmir. Bu, Allah qoşunlarının şeytan və şeytansifətlərin qoşunları  qarşısında təşkilatlanması, mübarizələrinin başlanğıcıdır və tövhidin ilkin prinsiplərindən sayılır".

 

 
 

 

1 Hacıların aksiya keçirərək insanlıq və İslam düşmənlərinə qarşı şüar verməsi (müt.)

 

 

İran İslam Respublikasının banisi daha öncə 1965-ci ildə buyurmuşdu: "İslam Peyğəmbəri (s) İran, Roma,  Misir və Həbəşə imperatorlarına məktub yazmışdı. Bu dörd məktubun məzmunu birdir. Peyğəmbər onları İslama və tövhidə dəvət edirdi".

1985-ci ildə isə buyurmuşdu: "Biz xalqı tövhidlə tanış etməliyik. Böyük din alimləri gərək insanları tövhidlə  tanış etsinlər".

İmam Xomeyni həmçinin 1978-ci ilin iyununda buyurmuşdu: "Böyük İslam Peyğəmbəri hər şeyini İslama qurban verdi ki, tövhid bayrağı dalğalansın. Biz də o həzrətin yoluyla getməli, bu bayrağın dalğalanması üçün hər şeyimizi qurban verməliyik". O ilahi həkim 1978-ci ilin 26 oktyabrında buyurmuşdu: "Tövhid və İslam şüarı ilə Pəhləvi sülaləsini və neft oğrularını ölkənizdən çıxarın".

Habelə 25/04/79 tarixində buyurmuşdu: "Bu xalq yekdil şəkildə tövhidlə, mənəvi dəyişikliklə İslama üz tutdu və bu müqəddəs hərəkatı ərsəyə gətirdi”.

Süleymani bu baxışdan irəli gələrək, 2010-cu ildə Kirmanın Xanuk bölgəsinin şəhidlərinin xatirə tədbirində deyirdi: "Şəhid dinin beş əsas prinsipindən irəli gələn ixlasla bu böyük məqama nail olmuşdur. Demək olar ki, bizim bütün şəhidlərimiz əsl din şəhidləridir. Şəhidin təsəvvüründəki tövhid bizim təsəvvürümüzdə olandan

 

 

fərqlidir. Tövhid təsəvvürü onu bu böyük və əzəmətli məqama çatdırmışdır".1

Şəhidlər bu tövhidi Qurandan, dualardan və İslam inqilabının iki imamından almışdılar.

Hacı Qasim Süleymani 2011-ci ilin Bəsic həftəsində pasdarların toplantısında deyirdi: "Sizin oxuduğunuz dualar tövhid dualarıdır: Kumeyl duası, Səmat duası, Əbu Həmzə duası, Səhifeyi-Səccadiyyənin münacatları..."

O düşünürdü ki, Quran və dua oxumaq insanı tövhidə yetirir, özü də şəhid yetişdirən tövhidə, Allaha etiqad və tağuta küfr bəsləyib Allaha bəndəliyi təsvir edən tövhidə.

Hacı Qasim Süleymani bu tövhidlə şah, Səddam, İŞİD, Amerika və İsrail qarşısında duruş gətirdi, ardıcıl qələbələr qazandı və müsəlmanların başucalığından ötrü canını qurban verdi.

Süleymani həmişə digərlərini də tövhidə, Allahla mənəvi əlaqəyə çağırırdı, Allahla ünsiyyəti insan vücudunun rahatlığına səbəb bilirdi. O, 2017-ci ilin martında Şəhid Hacı Mehdi Məğfurinin qızı Fatiməyə məktubunda yazırdı: "Qızım, qüsursuz Allahla ünsiyyət sənə ən yaxşı sakitləşdiricidir. Əziz atan bu dəyərli xüsusiyyətlərlə özünü Allaha yaxınlaşdırdı, bu gün bir şam kimi məzarını işıqlandırıb, insanlar pərvanə kimi onun məzarının başına dolanır, pak məzarı yanında dua edib diləklərini alırlar. Qızım, həmişəyaşar ucalıq budur. Qızım, atanın təcrübəsi hər iki dünyada başucalığına səbəb olan ən uğurlu təcrübədir".

 

 
 

 

1 Qardaş Qasim, səh. 105.

 

 

O, 18/01/2000 tarixində Fatimə Məğfuri üçün yazdığı qeyddə də deyirdi: "Əziz Fatimə! Atan bizim hamımıza və bütün Kirmana örnək idi".

Bu ölməz şəhid 2015-ci ilin 30 martında Qüds qüvvələrinin komandirlərindən birinin qızına yazdığı məktubda deyirdi: "Qızım, kim Allahı tanısa, onda Allaha xüsusi rəğbət yaranar; xüsusən ibadətlərə həvəslənər, günahdan uzaqlaşar. Allahın əzəmətini görən, tanıyan şəxs təmiz qalar, dünyaya qul olmaz. Nöqsansız Allahı tanımaq insanın ona təslimçiliyinə səbəb olar. Allahı tanımaq digərlərindən ehtiyacsızlıq yaradar".

Onun özü bütün bu xüsusiyyətləri əldə edib Allahı yaxşı tanıdı, ilahi mərifətə qərq oldu, bütün vücudu ilə tövhidi dərk etdi, sözün əsl mənasında tövhidçi və təkallahçı oldu.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

2

Əsl Məhəmməd (s) İslamına eşq bəsləmək

Eşq çox güclü sevgi deməkdir. Əsl Məhəmməd (s) İslamına eşq həqiqi İslam dininə güclü sevgi və ilahi əmrlərə əməl etmək mənasını ifadə edir.

İmam Xamenei 04/06/99 tarixli cümə xütbəsində buyurmuşdur: "İmam Xomeyni heç bir dəyəri İslam dəyərindən üstün saymırdı. İmamın inqilabı və hərəkatı İslam hakimiyyətindən ötrü idi... İmamın uğur səbəbi bu idi ki, İslamı aydın və pərdəsiz şəkildə ortaya qoydu,

 

 

İslam üçün çalışmaq istədiyini və bütün xeyirlərin İslamın kölgəsində olduğunu elan etdi".

Həmçinin 04/06/2010 tarixli cümə xütbəsində buyurmuşdur: "İmam Xomeyninin fikirlərində ilk və ən əsas məqam əsl Məhəmməd (s) İslamıdır; yəni zülmlə barışmayan, ədalətsevər, mübariz, məzlumların tərəfdarı olan, yoxsulların və məzlumların haqlarını müdafiə edən İslam. Əsl İslam düşüncəsi Böyük İmamın daimi düşüncəsi idi".

Mürşidi və imamı kimi, rəşadətli İslam komandiri Hacı Qasim Süleymaninin düşüncəsi də əsl Məhəmməd (s) İslamına uyğun idi. Bu əziz şəhid də zülmə qarşı barışmaz, ədalətsevər, dünyanın məzlum və məhrumlarının müdafiəçisi idi və İslamını İmam Xomeynidən öyrənmişdi.

O, 27/02/19 tarixində "İslam inqilabının ikinci addımı və hövzənin missiyası" adlı konfransda çıxışında deyirdi: "İmam Xomeyni əsl İslamı bəyan etdi, Peyğəmbər İslamını dirçəltdi. Bu İslam əsrlərlə qərib qalmışdı".

Hacı Qasim Süleymani bu həqiqi İslamın davamçısıydı. Onun İslamı Əhli-beyt İslamı, dünya hegemonlarından qorxmamaq İslamı, Allaha bəndəlik İslamı, ağıl İslamı, həyat və quruculuq İslamı, elm İslamı, məhrumların xilası, ədalət, heysiyyət və ləyaqət İslamı, məzlum və yoxsulların İslamı idi.

Qasim Süleymani İslamı əsl İslamdır, tövhid İslamı, müsəlman ümmətin birliyi, "Allah heç vaxt kafirlərə

 

 

möminlər əleyhinə bir yol qoymaz!"1 İslamıdır, "İslam üstün gələr, yenilməz"2 İslamıdır, "Kafirlərə qarşı sərt, bir- birinə isə mərhəmətli"lik3 İslamıdır. Allah rəsulu (s) və ilahi övliyalar bu İslamdan ötrü canlarını verdilər, İmam Hüseyn (ə) özünün və əzizlərinin qanını bu yola qurban etdi, əziz imamımız ömrünü bu İslama dəvətlə keçirdi. Bu İslam dünyanın məzlum və yoxsullarına qüdrət, ucalıq verir, zalım və xain qüvvələri, hegemon, quldur və istismarçıları taxtdan endirir.

Əziz Şəhid Süleymani bu baxışı İmam Xomeynidən öyrənmişdi. O, 08/02/19 tarixində Kirmanın Beytüz-Zəhra kompleksində İmam Xomeyninin əsl İslam həyatını dirçəltdiyini vurğulayandan sonra deyirdi: "Bu şəraitdə yalnız Şiəliyi deyil, hətta İslamı da qəriblikdən çıxara bilərik".

Onun özü tarixin bir dönəmində bu karvanın bayraqdarı oldu, ağıl və cəsarətlə əsl Məhəmməd (s) İslamının üzündən qürbət tozunu təmizlədi, şəhadəti ilə həqiqi İslam yolunda hərəkətini hamıya göstərdi.

Mədəni İnqilab Ali Şurasının katibi Höccətül-İslam Səidrza Amili Qasim Süleymaninin şəhadəti  münasibəti ilə müraciətində belə qeyd edir: "Süleymani İslam inqilabının ən sevimli simalarından biri idi. O, daim İslamın, müsəlmanların və dünya məzlumlarının başucalığını düşünürdü, zalım və istismarçı sistemə qarşı

 

 
 

 

1 Nisa, 141.

2 “Vəsail əl-şiə”, c. 26, səh. 14.

3 Fəth, 29.

 

 

mübarizə simvolu idi, həyatını zalımlara qarşı mübarizəyə, məzlumların müdafiəsinə həsr etmişdi və əsl Məhəmməd

(s) İslamının sözün əsl mənasında davamçısı idi".

İraqın tanınmış əhli-sünnə ruhanilərindən Şeyx Xalid əl-Molla deyir: "Hacı Qasim Süleymani ölkəsini tərk edib səhralarda terrorizmlə vuruşan iraqlılara məsləhətlər verir, quru torpaq üzərində istirahət edir. O, çox böyük insandır, İslamı və müsəlmanları müdafiə etmək məqsədi ilə İraqa gəlir, Suriyaya gedir".

İmam Xamenei 10 sentyabr 2013 tarixində buyurmuşdur: "Süleymaninin İslama və müsəlmanlara dəyərli xidmətləri, şübhəsiz, ilahi ədalət divanında qeyd olunan böyük sərvətdir".

O, həmçinin Süleymaninin şəhadəti münasibəti ilə müraciətində yazırdı: "Şəhid Qasim Süleymani İslamın və İmam Xomeyni məktəbinin dəyərli yetirmələrindən idi".

Böyük Rəhbər 31/05/90 tarixində həzrət İmam Xomeyninin vəfatının birinci ildönümü münasibəti ilə müraciətində isə belə yazırdı: "İmamımızın əsasını qoyduğu inqilab məktəbində Əbu Süfyan və Mərvan İslamı, məzmunsuz forma və ayin İslamı, pula və hakimiyyətə xidmət edən İslam, hakim qüvvələrin əlində alətə və xalqların canının bəlasına çevrilmiş İslam ortadan götürüldü, Quran və Məhəmməd (s) İslamı, əqidə və cihad İslamı, zalıma düşmən, məzluma köməkçi olan, fironlarla vuruşan İslam, xülasə, zalımları devirib məzlumların hakimiyyətini bərpa edən İslam baş qaldırdı".

Əsl İslam Kərbəla şəhidlərinin yoludur!

 

 

Hüseyn yolu, Əli yolu, Peyğəmbər yoludur!

Şəhid Süleymani məktəbi bu inqilab məktəbində formalaşmışdır, Hacı Qasim Süleymani əziz imamımızın yaratdığı məktəbin yetirməsidir.

Şəhid Süleymani məktəbinin mühüm xüsusiyyətləri əsl Məhəmməd İslamının xüsusiyyətləridir. Süleymani məktəbi əsl İslam məktəbi sırasındadır, kamil insan şərtlərini bəyan edir.

Bu məktəb İslam inancı, mənəviyyat və din hökmlərindən ibarət üç təməl üzərində qurulub. Süleymaninin irfan və mənəviyyatı tövhid məktəbində kamilləşmişdir. Onun cəsarəti mənəvi paklığın, daxilindəki düşməni olan nəfsini məğlub etməsinin və ixlasının nəticəsi idi. Onun mübarizə və cihad ruhiyyəsi ilahi vəzifələrə söykənirdi.

O, düzgün ilahi yola hidayət olunmuşdu. Allah  Ənkəbut surəsinin 69-cu ayəsində buyurur: "Bizim uğrumuzda cihad edənləri öz yollarımıza yönəldərik".

Əziz Rəbbimiz Özünə yaxınlaşma yolunu Hacı Qasim Süleymaniyə göstərdi və məqsədinə çatana qədər əlindən tutdu. Məhəmməd surəsinin 17-ci ayəsində belə deyilir: "Doğru yolu tapanlara gəldikdə isə, (Allah) onların doğruluğunu daha da artırar və onlara təqvalarının mükafatını verər".

Hidayəti qəbul etməsi o əzizin mənəvi potensialını gücləndirdi, Allahın köməyi ilə təqva mərhələsinə nail oldu. Allah ona nemətini tamamladı, onu doğru yola

 

 

yönəltdi. Həmd surəsinin 6-7-ci ayələrində oxuyuruq: "Bizi doğru yola yönəlt; nemət verdiyin şəxslərin yoluna!" Əsl Məhəmməd İslamı düzgün Allah yoludur. Doğru yol Peyğəmbərin, imamların və şəhidlərin yoludur. Nisa surəsinin        69-cu  ayəsində   buyurulur:  "Allaha            Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi          peyğəmbərlərlə,                        siddiqlərlə       (etiqadı                            dürüst, peyğəmbərləri  hamıdan əvvəl      təsdiq              edən    şəxslər), şəhidlərlə və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə

olacaqlar".

Şəhid Süleymani məktəbi bu yolda kamilləşdi və əsl Məhəmməd (s) İslamına düyünləndi. Bu əsl İslam 28 noyabr 2018 tarixində Kirmanın Şəhid Bahünər adına universitetində öz parametrlərini belə təyin edirdi: "Rəhbərin baxışında əsl İslamın mühüm parametrləri zülmlə barışmazlıq, ədalətsevərlik, məzlumları müdafiə, cəmiyyətə ümid bəxş etmək, qorxu və cəhaləti yox etməkdir".

Bu, İmam Xomeyninin dirçəltdiyi İslamdır. Hacı Qasim Süleymani 2019-cu ilin fevralında Kirman şəhərinin Beytüz-Zəhra kompleksində keçirilən həzrət Zəhra əzadarlığının üçüncü axşamında deyirdi: "İmam Xomeyni əsl İslam həyatını dirçəltmək şərəfinə nail olmuşdur". Bu İslam müsəlmanlara başucalığı verdi, dünya zalımlarını taxtdan endirdi, tiranların hakimiyyət təməllərini zəiflətdi, İslam respublikasını yaradıb bütün dünyaya nümunə etdi, dini quruluşun yaşamasına səbəb oldu, şərqin və qərbin təxribat planlarını pozdu.

 

 

Hacı Qasim Süleymani 2018-ci ilin 11 fevralında Kirman əhalisinin möhtəşəm toplantısında deyirdi: "Bugünkü İran əsl Məhəmməd İslamına arxalandığına görə bütün təxribatları zərərsizləşdirə bildi. Çünki zamanını tanıyan düşmənin hiyləsinə uymaz... Düşmən bizdən qorxur".

Düşmənin qorxması və düşmən hiylələrinin iflası əsl Məhəmməd (s) İslamına tabe olmağın nəticəsidir. İmam Xomeyni bu İslam üzərində təkid göstərir, Süleymani məktəbi bizi ona tabe olmağa çağırırdı.

Əsl Məhəmməd (s) İslamına tabe olmaq Süleymani məktəbinin ən böyük mesajıdır. Bu həqiqi İslama tabe olmaq İmam Xomeyniyə və İmam Xameneiyə də tabe olmaq deməkdir.

Hacı Qasim Süleymani İmam Xomeyni məktəbini İslam məktəbinin davamı bilir, İmam Xamenei məktəbini də Böyük Xomeyni məktəbinin davamı.

O, 28/11/18 tarixində Kirmanın Şəhid Bahünər adına universitetində çıxışı zamanı deyirdi: "Əsl İslam nəzəriyyəsində Böyük Rəhbər sərvəti və gücü düzgün mənəviyyatla birgə bilir, bütün bunların səbəbini mənəviyyatda görür. Möhkəmlik, maddi imkan, bəşəriyyəti əsir etmiş bütün buxovlardan həqiqi azadlıq mənəviyyatla əldə edilir və bu, əsl İslamı formalaşdıran amillərdəndir".

İmam Xamenei 4 iyun 2003-cü ildə buyururdu: "İslam xalqın xoşbəxtliyini istəyir. İslam fəsada, zülmə, ayrıseçkiliyə qarşı çıxır. İslamın məqsədi xalqın

 

 

mənəviyyatıyla yanaşı, həm də maddi rifahını yaxşılaşdırmaqdır. İmam Xomeyni mübarizələrin başlanğıcından ömrünün sonuna qədər bunu dəfələrlə söyləmişdir. Bizim Böyük İmamımız İslam dünyasına göstərdi ki, İslam fiqhi – yəni xalqın həyatının idarə qanunları, İslam fəlsəfəsi – yəni aydın, dərin və əsaslı düşüncə və İslam irfanı – yəni zahidlik, nəfs istəklərindən uzaq durmaq və daim Allaha üz tutmaq bir yerə cəm olduqda necə böyük xariqələr yarada bilər. İmam əməli ilə göstərdi ki, siyasi İslam elə mənəvi İslamdır... Siz hansı müsəlman ölkəsinə getsəniz, görərsiniz ki, aparıcı təbəqənin, gənclərin, tələbə və müəllimlərin, ziyalıların, din alimlərinin və bütün azad insanların baxışında canlı İslam öz xalqını dünya hegemonları, quldurları, işğalçıları qarşısında qoruya bilən, düşmənin müdaxilə, istismar və hökmranlığına imkan verməyən İslamdır. Onlar bu İslamı istəyirlər. Əsl Məhəmməd (s) İslamı da budur!"

İmam Xomeyni, İmam Xamenei və Şəhid Süleymani məktəblərində əsl İslamın mənası budur. Bu üç məktəbdə bütün xüsusiyyətlər bir-birinə uyğundur. Çünki onların hamısının təməli Məhəmməd (s), Əli (ə) və Hüseyn (ə) məktəbləridir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

3

Əhli-beyt sevgisi

 

Burada söhbət Əhli-beyti ixlasla, səmimi şəkildə sevməkdən gedir; əziz İslam Peyğəmbərinin ailəsi olan Əhli-beytə sevgi, məsum imamlara səmimi eşq, diqqət və təvəssül.

İmam Xamenei 18 yanvar 1990-cı ildə Əhli-beyt məddahları ilə görüşdə buyurmuşdur: "Dövrümüzün böyük insanı olmuş əziz imamımız imamların mədhinə qarşı olduqca həssas idi... Bu səviyyədə bir şəxsin bu məsələyə belə həssas yanaşması məsələnin böyüklüyünü və əhəmiyyətini göstərir".

 

 

O ilahi insanın baxışında Haqq övliyalarının və məsum vilayətin ətrafında hərəkət etmək ruhani aləmdə hərəkətə, mənəvi tərbiyəyə, nəfsin paklanmasına və müqəddəs məqsədə çatmağa səbəbdir. 1

İmam Xomeyni belə düşünürdü: "Pak və məsum Əhli- beytin Allaha doğru mənəvi hərəkətdə uca ruhani məqamı var. Onu dərk etmək bəşərin imkanları xaricindədir, ağlın və irfani müşahidənin fövqündə durur. Şərafətli hədislərdən belə başa düşülür ki, onlar ruhani aləmdə əziz Peyğəmbərlə (s) ortaqdırlar, pak nurları dünya yaranmazdan öncə yaranıb müqəddəs Rəbbə həmd-səna edirmiş".

Əhli-beytə qarşı belə baxışına görə o mənəvi insanın məsum imamlara və Fatimeyi-Zəhraya (ə) aşiq olması, onların məktəbləri yolunda canfəşanlıq etməsi, dünyanı onlara sarı çağırması, gecə-gündüz onlara təvəssül etməsi, onların müsibətinə görə ağlayıb sevincləri ilə sevinməsi təbiidir.

Bu hikmətli arif 1979-cu ilin mayında həzrət Zəhranın (ə) məqamı barədə buyurmuşdu: "Bir qadın və bir insan üçün təsəvvür olunan bütün yaxşı xüsusiyyətlər Fatimeyi- Zəhrada (ə) cəm olmuşdur. O, adi bir qadın olmamışdır, ruhani, mənəvi qadın və sözün əsl mənasında insan olmuşdur. O, adi qadın deyil, insan formasında yaradılmış mənəvi varlıqdır... Bütün peyğəmbərlərin xüsusiyyətləri onda vardır..."

 

 

 
 

 

1 “Ağıl və cəhalət qoşunları” hədisinin şərhi, səh. 402.

 

 

<

Teqlər